Heyvanlar aləmi Bitkilərin qida dəyərini hesablayan şimal maralları

Bitkilərin qida dəyərini hesablayan şimal maralları


Şimal maralları tez-tez qida axtardıqlarına görə davamlı hərəkətdə olurlar. Bu canlıların əsas qida mənbəyi asanlıqla həzm olunan, lakin yavaş böyüyən şibyə bitkisidir. Qışda marallar, əsasən, şibyənin bol, qarın isə az olduğu yerlərə köç edirlər. Yayda isə yeni doğulmuş balalarına süd vermək üçün zülal və minerallarla zəngin olan qidalarla qidalanmalıdırlar. Şibyə isə zülalla zəngin deyil. Bitkilərin xüsusiyyətləri yetişdikləri bölgəyə, yüksəkliyə və torpağın tərkibinə görə fərqlənir. Yüksək bölgələrdəki bitkilər həm zülal və minerallarla zəngindir, həm də asanlıqla həzm edilir. Lakin onlar hər mövsümdə deyil, təkcə yay fəslinin əvvəlində bu xüsusiyyətlərə sahib olurlar. Şimal maralları isə sanki bunu bilirmiş kimi yay fəsli başlayanda bu bölgələrə üz tuturlar.

Yayın ortalarına doğru bu bitkilərin qida dəyəri azalır. Yer səthi qarla örtülməyə başladıqda isə ən uyğun qida yenə şibyə olur. Buna görə də şimal maralları temperatur aşağı düşdükdə qışlağa doğru köç etməyə başlayırlar. Bu canlıların botanika və ya coğrafiya mütəxəssisi kimi düşünərək bir bitkinin tərkibini, onun hansı bölgədə və nə vaxt yetişdiyini bilməsi mümkün deyil. Bundan başqa, özünün hansı qidaya ehtiyac duyduğunu və həmin bölgəyə getmək üçün hansı istiqamətdə hərəkət etməli olduğunu da bilə bilməz. Lakin marallar yaşamaq üçün bütün bunları mükəmməl şəkildə yerinə yetirirlər. Bu da onu göstərir ki, şimal marallarına necə davranmalı olduqları ilham olunur.

Uca Allah yaratdığı canlıları sonsuz mərhəməti ilə qoruyur. Rəbbimiz maralların orqanizmlərini yaşadıqları mühitə uyğun yaradaraq davranışlarını anbaan ilham edir. Bütün canlılar kimi şimal maralları da Allahın sonsuz qüdrətinin dəlillərindəndir:

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)

/ Heyvanlar aləmi 517