Həşəratlar Fizika elmini “bilən” ağcaqanadın ayaqları

Fizika elmini “bilən” ağcaqanadın ayaqları


Allahın Quranda xüsusi olaraq diqqət çəkdiyi bəzi canlılar vardır. Ağcaqanad da bunlardan biridir. Uca Allahın bəxş etdiyi bir çox xüsusiyyətə malik bu canlının digər canlılarda olmayan bir xüsusiyyəti var. Bu canlı həm divarda, həm də suyun üzərində yeriyə bilir. Bəs ağcaqanadlar akrobatik hərəkətləri xatırladan bu bacarıqları ilə müxtəlif səthlərdə sabit şəkildə dayanmağa necə nail olurlar?

 Çoxları ağcaqanadları dəyərsiz, adi canlılar hesab edir. Halbuki ağcaqanad uca Allahın varlığının dəlillərini daşıyan canlıdır və buna görə diqqətlə tədqiq edilməlidir.Çünki kainatdakı digər bütün canlı-cansız varlıqlar kimi yaradıldıqlarını göstərən dəlillərlə doludur. Ağcaqanadlar Yaradanın gücünü, elmini və incəsənətini göstərmək üçün vardırlar. Uca Allah bir Quran ayəsində bu həqiqəti belə bildirir:

“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.” (Bəqərə surəsi, 26)

Bu canlıların bir çox xüsusiyyəti kimi, ayaqları da Allahın ağlını göstərən dəlillərlə doludur. İndi isə qüsursuz sistemlərə malik olan bu canlılara müxtəlif səthlərdə dura bilmə qabiliyyəti qazandıran yaradılış xüsusiyyətlərini təhlil edək.

 Ağcaqanad ayaqlarındakı mükəmməl detallar: Tüklər və novcuqlar

 Ağcaqanad və bəzi böcək növləri məharətlə divara və tavana qalxa bilirlər, lakin suda üzmürlər. Suda yeriyən bəzi həşəratlar suyun üzərində yeriyərkən, divara dırmaşa bilmirlər. Amma ağcaqanad hər iki mühitdə dayanmağı baca bilən canlıdır.

 Ağcaqanadlar düşmənlərindən qaçaraq divara və ya tavana dırmaşır, yumurtalarını isə göl və ya ona bənzər sulara qoyurlar. Ağcaqanadların hər tərəfli hərəkət etməsi onların yaradılış xüsusiyyətlərindən irəli gəlir. Bu xüsusiyyətlər ayaqlarındakı tüklər və novcuqlar sayəsindədir.

 

Ağcaqanadın yeriməsində tük və novcuqların üstünlüyü nədir?

 Əvvəllər, ağcaqanadların suyun səthində dayanmalarının səbəbi olaraq ayaqlarından ifraz olunan yapışqan mayenin suyun səthi gərilməsi ilə tənzim olması düşünülürdü. Lakin yeni tədqiqatlar bu canlıların ayaqlarındakı mikroskopik tüklərin kiçik hava qovuqcuqlarını saxladığını və bu şəkildə qayıq kimi suyun üstündə asanlıqla üzməsini təmin etdiyini aşkara çıxarıblar. Ağcaqanadların şaquli səthlərə və tavanlara dırmaşmalarını "seta" və ya "mikroseta" adı verilən tükcüklər təmin edən. Adi gözlə görünməyən bu mikroskopik tükcüklər, uca Allahın üstün ağlının dəlilləri ilə doludur. Bir istiqamətə doğru olmaları, iynəyə bənzəmələri, insan saçının telindən (insan saçının bir teli 80-100 mikrometrdir) orta hesabla 30 dəfə daha incə olan 3 mikrometr ölçüdə və gözlə görünməyəcək qədər incə olmasına baxmayaraq, bir neçə təbəqədən ibarət olmaları bu dəlillərdəndir. Əlbəttə, bütün bunları beyinə belə malik olmayan ağcaqanadın düşünüb ağıl etməsi, ağıl etdiyi detalları bədəninə əlavə etməsi və əlavə etdiyi detalları gələcək nəsillərə ötürməsi mümkün deyildir. Ağcaqanad uca Allahın yaratdığı digər bütün canlılar kimi Onun böyük ağlının əsəridir. Üstəlik, ağcaqanadın ayaqlarındakı detallar yalnız tüklərlə də məhdud deyil. Həmçinin bu tüklər bir metrin milyardda biri qədər olan, yəni nanometrlə ölçülən novcuqlara malikdir.

Ağcaqanadların ayaqlarını örtən və hava kisələrindən ibarət olan bu kiçik novcuqlar suyun səthi gərilməsini artırır və suyun novcuqlardan içəri sızmasını çətinləşdirərək ayaqlarının su üstündə quru qalmasını təmin edir. Novcuqlar azaldıqca suyun araya girməsi də çətinləşir. Bu novcuqlar ağcaqanad üçün həyati əhəmiyyət daşıyır. Çünki milçək kürək çəkən kimi üzərkən suya düşsə, suyun səthinə çıxmaq üçün öz çəkisindən 10 dəfə artıq qüvvə sərf etməlidir.

Ağcaqanadlar su üzərində necə dayanır və divarda necə yeriyirlər?

Ağcaqanadların suyun üzərində dayanması və divarda gəzməsi, şübhəsiz, qeyri-adi hadisədir. Bəzi böcəklər vardır ki, su üzərində yeriyə bilir, amma divarda gəzə bilmirlər. Ancaq ağcaqanadlar hər iki mühitdə dayana bilmə qabiliyyətinə sahibdirlər. Suyun altında doğulan və sürfə mərhələsi keçirən ağcaqanadlar yumurtalarını suyun səthinə buraxmaq məcburiyyətindədirlər. Bu proses üçün ağcaqanadların su üzərində dayanan ayaqlara sahib olmaları lazımdır. Bu səbəbdən bu canlılar su üstündə durmağa uyğun, yaxşı inkişaf etmiş xüsusi ayaq yastığına sahib olaraq yaradılıblar. Bu xüsusi hava yastıqları, ayaqlar üzərində olan mikro ölçüdəki tüklər, bu tüklər üzərindəki nano ölçüdəki novcuqlar və suyun səthi gərilməsi sayəsində baş verir. Ağcaqanadın bu möhtəşəm ayaqlara sahib olması üçün fizikanı bilməsinə ehtiyacı var. Üstəlik, belə bir məlumata sahib olsa da, öz bədənindəki bu təchizatı gələcək nəsillərə ötürməlidir. Əlbəttə, ağcaqanad bunların heç birini bilmir. Çünki nə bunun üçün lazımi ağıla, nə də fizika elminə sahibdir. Bu varlıq bir neçə millimetr böyüklüyündə ağlı və şüuru olmayan bir canlıdır. Onu belə bir  möhtəşəm sistemi verən, insanı və ağcaqanadı yaradan, "göylərin, yerin və hər ikisi arasında olanların Rəbbi olan" Uca Allahdır.

Ağcaqanad ayaqlarındakı qüsursuz dizayn: Su çuxurları

 Ağcaqanadın su üzərində dayanmasına səbəb olan başqa bir dizayn ayaqlarının suyun səthində yaratdıqları çuxurlardır. Yaranan çuxurların içindəki suyun səthi gərginliyi onları su səthində tutur. Bu çuxur, suyun hava ilə təmas edən səthini kiçiltməyə çalışır və trampolin kimi aşağı doğru qıvrılaraq həşəratın ağırlığını daşımasını təmin edir. Ancaq eyni prinsip daha böyük canlılar və insanlar üçün mümkün deyil. Çünki suyun səthi daha böyük cismin və ya canlının çəkisinə məruz qaldıqda kiçilir, beləcə, çəkiyə tab gətirən səthi gərilmənin yaratdığı sahə kiçilir. Məhz buna görə su ağırlığı daşıya bilmir. Əgər su üzərində dayanmaq üçün ehtiyacımız olan ayaq ölçüsünü hesablasaq, bunun təxminən bir kilometrə qədər olması lazım idi. Əlbəttə, bir kilometr uzunluğunda bir ayağa sahib olmaq insanlara praktiki olaraq üstünlük vermir və onların hərəkət etmələrini də mane olur. Hər şeyi müəyyən nizam içində yaradan uca Allah insanlara səthi gərilmədən istifadə etmə xüsusiyyəti verməmişdir. Bu vəziyyət qarşısında insanın düşünməsi və aciz olduğunu bir daha dərk etməsi lazımdır. Çünki kiçik bir böcəyin heç düşünmədən asanlıqla etdiyi bir hərəkəti uca Allah istəmədiyi müddətcə bir insanın etməsi mümkün deyil.

 Tükcüklər və novcuqlar su üzərində dayanmağı necə təmin edir?

Suyun üzərindəki hava qabarcıqları mikrosetalar və nanonovcuqlar arasında saxlanılır, bu şəkildə heyvanın ayaqlarının islanmasının qarşısını alan hava yastıqları yaranır. Məhz bu sayədə ağcaqanad su üzərində dayanma və yerimə xüsusiyyəti qazanır. Ördəklərin tükləri də su izolyasiyası üçün eyni xüsusiyyətə malikdir, ancaq suda yeriyən heyvanların suda yaratdığı itələmə qüvvəsi kimi təsirli deyil. Alimlər bu tüklü ayaqları super hidrofoblar (sukeçirməzlər) kimi təsvir edirlər.

 Suyun səthində duran ağcaqanadın bir ayağı öz ağırlığından 23 dəfə çox yük qaldırır.

/ Həşəratlar 730