Dəniz canlıları TƏMİZLİK USTASI PİRANALAR

TƏMİZLİK USTASI PİRANALAR


 

Nature Scientific Reports jurnalı Amazon çayında yaşayan qara piranaların əksər canlılardan daha güclü çənəyə sahib olduğunu bildirmişdir. Alimlər cihaz vasitəsilə pirana çənəsinin gücünü ölçmüş və 20-37 sm uzunluğu olan canlının çənəsinin 320 nyuton təyziq qüvvəsinə sahib olduğu aşkar edilmişdir. Balığın ölçüsünü nəzərə alsaq görərik ki, pirana çənəsi timsah çənəsindən 3 dəfə daha güclüdür. Uca Allah bu canlıların çənələrini çox güclü əzələ və möhkəm qapama mexanizmi ilə yaratmışdır.

Piranaların dişləri çənələrindəki elastik toxumaların içinə batmış şəkildə yerləşir. Bu dişlər balığın dodaq dəriləri ilə əhatələnmişdir. Dəri yuxarı çəkildikdə hər biri ülgüc kimi iti olan dişlər görünür. Balıq ağzını bağladıqda isə qapana bənzər alt və üst dişlər zəncirbənd kimi bir-birinə kilidlənir.

Piranalar dişləri və ov etmə üsuluna görə köpək balıqlarına bənzəyirlər. Balıq ova bərk yapışdıqdan sonra bir-birinə kilidlənən dişlər sürətli quyruq hərəkətləri ilə daha da sərtləşir. Bu güclü çənə və dişlər hər ölçüdə ovu asanlıqla tuta bilir. Piranaların bu xüsusiyyəti yaşadıqları ərazi üçün də çox əhəmiyyətlidir.

Amazon çayı daşarkən boğularaq ölən heyvanlar suyun içində çürüyürlər. Çox isti olan bu ərazidə belə vəziyyət mikroorqanizmlərin, yəni yoluxucu xəstəliklərin yaranma riskini artırır. Ancaq piranalar sanki təmizlik işçisi kimi çayda boğulan heyvanları yeyərək bu tarazlığı qoruyurlar. Uca Allahın yaratdığı qüsursuz tarazlıq və güclü çənələr həm çayın ekoloji struktrunu qoruyur, həm də yarana bilən xəstəliklərin qarşısını alır.

/ Dəniz canlıları 1160