Dəniz canlıları Şar kimi şişərək özlərini müdafiə edən kirpi balıqları

Şar kimi şişərək özlərini müdafiə edən kirpi balıqları


Yumru görünüşə malik olan kirpi balığı çox yavaş hərəkət edir. Dərisi tikanlarla örtülü olur. Kirpi balığı olduqca maraqlı müdafiə metodu ilə düşmənlərindən asanlıqla xilas olur. Düşmənlə qarşılaşdıqda çox sürətlə qarnını su ilə dolduraraq şar kimi şişir. Beləliklə, normal ölçüsündən iki dəfə böyük olur və düşmənləri onu uda bilmir.

Kirpi balığının bəzi növləri isə zəhərli olur. "Tetrodoksin" adlandırılan bu zəhər kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir. Kirpi balığının bu xüsusiyyəti uca Rəbbimizin yaratma sənətindəki sonsuz elminin dəlillərindən biridir.

/ Dəniz canlıları 925