Dəniz canlıları Okeanda köç edən canlıların istiqamət tapma üsulları

Okeanda köç edən canlıların istiqamət tapma üsulları


İsti bölgələrdə, xüsusən də tropik bölgələrdə dənizlərdəki bir çox canlılar okeanlarda istər dayaz, istərsə də dərin yerlərdə müxtəlif formalarda köç edirlər. 
Bu köçlərdən bəziləri arabir, bəziləri isə davamlı olaraq baş verir.

-Balıqlar böyük okeanlardakı minlərlə kilometrlik sahələrdə kürü qoyacaqları bölgəni necə tapırlar?
-Balıqların istiqamət tapma üsulları nələrdir?
-Balıqlar nə üçün köç edirlər? 

Mərcanlardan istifadə edən balıqlar
Aparılan tədqiqatlarda balıqların istiqamətlərini tapmaq üçün mərcanlardan istifadə etdikləri aşkarlanmışdır. Alimlər, xüsusilə, çıxıntılı mərcan qayalıqlarını balıqların hər zaman köç etdikləri yolun üzərindən götürüb başqa bir yerə qoyduqda balıqların da yollarını dəyişərək yönlərini mərcanın olduğu istiqamətə doğru təyin etdiklərini müəyyən ediblər. Köç zamanı sahil boyunca və sahilə paralel istiqamətdə üzən digər balıq növləri də istiqamətlərini müəyyən edən zaman böyük ehtimalla həmin üsuldan istifadə edirlər. 

Günəş işığı ilə istiqamətlərini tapan balıqlar
Quruda və havada köç edən bəzi canlılar kimi balıqlar da köç zamanı günəş işığından istifadə edərək istiqamətlərini tapırlar. Bir çox balıq gecə olduqları yerdən sahildəki qida bölgələrinə doğru üzərkən bu üsuldan istifadə edir. Alimlər tutuquşu balıqlarını sahildən uzaq bir yerə apardıqdan sonra onların günəşli günlərdə birbaşa sahilə doğru üzdüklərini, buludlu günlərdə isə istiqamətlərini itirdiklərini müşahidə etmişlər.  Ancaq gecə və buludlu günlərdə köç edən tunes balıqlarının istiqamətlərini necə tapdıqları tədqiqatçılar üçün hələ də heyranlıq oyandıran bir sirdir. Bu balıqlar insanlardan daha üstün bir bacarıqla heç bir səhvə yol vermədən gedəcəkləri yerə çatırlar. Suyun altındakı balığın quşbaxışı görünüşə sahibmiş kimi bir hədəfə doğru hərəkət etməsi üzərində düşünülməli olan iman həqiqətlərindəndir. Allah bu canlıları həyatları boyu ehtiyac duyacaqları sistemlərlə yaratmışdır və onlara bütün davranışlarını və istiqamətlərini tapa bilmələri üçün xüsusi qabiliyyətlər ilham edir. Bu ilham vasitəsi ilə balıqlar ucsuz-bucaqsız okeanların içində istiqamətlərini tapa bilirlər.

Maqnit sahəsindən istifadə edərək istiqamətlərini tapan balıqlar
Balıqların öz istiqamətlərini taparkən istifadə etdikləri digər üsul da quşlarda olduğu kimi dünyanın maqnit və bəzi elektrik sahələrindəki dəyişiklikləri fərqləndirə bilmələridir. Köpək balıqları üzərində aparılan bəzi tədqiqatlar nəticəsində onların dünyanın maqnit sahəsindəki dəyişiklikləri hiss etdikləri müəyyən olunmuşdur. Elektrikli sahələr ilə bağlı tədqiqatlar da köpək balıqları üzərində aparılmışdır. Başlarında və burunlarında elektrikə həssas çüxurların mövcud olduğu öyrənilmiş, istiqamət tapmaq qabiliyyətləri də bu fiziki xüsusiyyətləri ilə açıqlanmağa çalışılmışdır.
Okean suları dünyanın maqnit sahəsinin təsiri ilə güclü elektrik sahələri əmələ gətirirlər. Bu elektrik sahələrinin əmələ gətirdiyi axıntılar köpək balığı üçün okeanda ana yol kimidir. Amma bütün bu məlumatlar kifayət qədər açıq olsa belə okean balıqlarının istiqamətlərini tapması heç bir şəkildə tam açıqlanmır. Məsələn, tunes balıqları köpək balıqları kimi elektrikə həssas çuxur orqanlara sahib deyil. Bəs bu canlılar getməli olduları yeri tapmaq üçün hansı mexanizmlərdən istifadə edirlər?
Tədqiqatçılar bu məsələyə heç bir açıqlama gətirə bilmirlər. Amma unutmamaq lazımdır ki, nə vaxtsa, bu məsələ ilə bağlı bir mexanizm tapılsa, yenə də balıqların köçü zamanı baş verən bu mükəmməl vəziyyət davam edəcəkdir. Çünki balığın bu cür qüsursuz bir bacarığa öz-özünə və ya təsadüfən sahib olması mümkün deyil. Ağıl və şüur sahibi bir varlıq olan insan belə özü üçün bu cür bir orqan yaratmaq istəsə belə, bunu bacarmaz. Halbuki balıqlar milyon illərdir ki, bu xüsusiyyətlərə sahibdirlər. Allahın varlığı və yaradılış gerçəyindən başqa heç bir düşüncə kainatdakı canlıları və onların həyatları boyunca göstərdikləri ağıllı davranışları açıqlaya bilməz. Allah kainatdakı hər şeyi yaradan və hər birinə qüsursuz biçim verəndir. Həyatları boyunca etdikləri ağıllı hərəkətləri onlara ilham edən də Allahdır:
"Diqqətli olun; göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu bilir.." (Nur surəsi, 64)
www.evrimmasali.com

Sahib olduqları bütün mürəkkəb sistemlər canlıları hər şeyi bilən Allahın yaratdığının bir dəlilidir. Allah onları təkbaşlarına yaşaya biləcək dərəcədə mükəmməl xüsusiyyətlərlə yaratmışdır. Bu mövzuda düşünən insanlar Allahın gücünün sonsuzluğuna bir daha şahid olur və Rəbbimizin qarşısında məsuliyyət daşıdıqlarının şüuru ilə hərəkət edirlər. Allah  Quranda bunun əksinə hərəkət edənlərin atəşə girəcəkləri ilə bağlı ayədə belə bildirir:

"Doğrudan da gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır. Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer Oddur." (Yunus surəsi, 6-8)
Okean balıqları hansı səbəblərə görə köç edirlər?
Okeanlarda yaşayan bir-birindən fərqli balıq növləri müxtəlif səyahətlər edirlər. Kiçik qaya balıqlarından tonlarla ağırlıqdakı balinalara və ya böyük tunes balıqlarına qədər bütün balıqların fərqli köç formaları vardır. Bəziləri qida mənbəyinə, bəziləri kürü qoyacaqları yerlərə çatmaq üçün, bəziləri də çətin şərtlər yarandıqda uyğun yaşayış bölgəsi tapmaq üçün köç edir.

Qidalanma məqsədi ilə köç edən balıqlar
Okean balıqları fərqli formalarda köçlər edirlər. Bu balıqların daima bir neçə metrdən yüzlərlə metrə qədər, saatlar, yaxud günlər boyu davam edən köçləri olur. Balıqların bir-birindən fərqli səyahətlərinin yeganə ortaq cəhəti isə məqsədləridir. Bir çox balıq qidalanmaq üçün müntəzəm olaraq köç edir.
Sahil balıqları qidalanmaq üçün etdikləri köçlərdə qabarma-çəkilmələrdən faydalanırlar. Qabarma-çəkilmə zamanı əvvəlcə sahilə, daha sonra isə geriyə, öz yerlərinə doğru üzürlər. Bəzi balıqlar isə gecə ilə gündüzün əvəzlənməsindən istifadə edərək ovlarını tuturlar. Karib dənizinin mərcan qayalıqlarında ov etdikləri zaman çıxardığı səsə görə xortultu balığı olaraq tanınan bir növ rəngli balıq sürüsü yaşayır. Bu balıqlar gündüzlər yem olmamaq üçün qayalıqların künclərində gizlənir, axşam olduqda isə sürülər halında daha geniş, qidanın bol olduğu yerlərə gedirlər. Dəniz otlarının bol olduğu sahələrə yayılır və buradakı onurğasızları yeyərək qidalanırlar. Günəş doğulmadan əvvəl isə həmin yol ilə qayalıqlara geri qayıdırlar. Hər sürü öz gediş-gəliş yolundan istifadə edir.

Çoxalma məqsədi ilə köç edən balıqlar
Okean balıqları qidalanmaq ilə yanaşı, çoxalmaq məqsədi ilə də köç edirlər. Köç formaları balıqların növlərinə görə fərqli olsa da hər birində çox nəzərəçarpan detallar olur. Bəzi balıqlar günlük, bəziləri isə ayda bir dəfə kürü qoyduqları üçün günlük və ya mövsümi köçlər edirlər. Balıqların kürü qoymaq üçün etdikləri köçləri qısa olduğu kimi, okeanların qət edildiyi zamanlar da olur.
Köç zamanı bəzən beş-on balıq, bəzən də minlərlə balıq bir yerə toplaşır. Hamısı birlikdə hərəkət etməli olduqlarını, bunun özləri üçün mühüm olduğunu bilirmiş kimi qeyd-şərtsiz olaraq sürü yaradırlar. 
Siyənək balıqları üzərində aparılan çoxalma məqsədli köç ilə bağlı tədqiqatlar bizə bu mövzuda vacib, əhəmiyyətli fikirlər verir. Əvvəlcə bu balıqlar eyni anda iki müstəvidə hərəkət edirlər. Bunlardan biri qidalandıqları planktonların hərəkətinə bağlı olaraq qidalanmaq üçün olan səyahətdir, digəri isə kürülərini qoyacaqları bölgələrə etdikləri dairəvi formalı köçləridir.

Bu balıqlar ildə bir neçə ay çoxalma bölgələrində olur, daha sonra ayrı-ayrı yerlərə yayılırlar. Siyənək balıqlarının hamısı eyni yerdə və eyni vaxtda kürü qoymurlar. Hər zaman böyük sürülər halında fərqli zamanlarda və fərqli yerlərdə toplanırlar və yetkin siyənəklər hər il eyni çoxalma bölgələrinə gedirlər. Çoxalma bölgələrini isə qida qaynağının çoxluğuna əsasən təyin edirlər. Elə buna görə adətən, su burulğanlarını və sahilləri seçirlər.
Diqqət etsək, köçün hər mərhələsində bir qərar vermə mexanizmi olmalıdır. Uyğun zaman, uyğun yer, uyğun yol... Heç bir balıq növü bu uyğun şərtləri biləcək və qərar verəcək ağla sahib deyil. Bunu iddia edən olsa belə, ona inanmaq mümkün deyil. Belə ki, hər mərhələdə açıq görülən bu üstün ağlın bütün canlıların Yaradıcısı olan Allaha aid olduğu açıq bir gerçəkdir. Allahdan başqa bir Yaradıcı axtaranlarla bağlı Quranda belə bildirilir:
"De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?” Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ziddiyyətə düşüb çəkişdiyiniz məsələlər barədə sizə xəbər verəcəkdir." (Ənam surəsi, 64)
www.yaratilis.com​

Balıqların istiqamət tapma bacarıqları, köçü təkamül prosesi və təsadüflərlə açıqlamağa çalışan təkamülçülərin cəhdlərinin mənasız olduğunu açıqca ortaya qoyur.
İnstinktlərin çoxu elə qəribədir ki, onların inkişafı oxuyucuya bəlkə də nəzəriyyəmi tamamilə çökdürmək üçün kifayət qədər güclü görünəcəkdir. (Charles Darwin, Türlerin Kökeni,  Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, s. 273) Təkamül nəzəriyyəsinin qurucusu Çarlz Darvin belə instinktlər qarşısında düşdüyü vəziyyəti "Növlərin mənşəyi" adlı kitabında belə etiraf edir: Məqalədə heyvanların nümunə göstərdiyimiz ağıllı davranışları təkamülçülərin üzərində çox düşünmək istəmədikləri bir mövzudur. Buna görə bu cür bir nümunə verildikdə mövzunu "instinkt" sözü ilə başdansovma etmək istəyirlər. Amma instinktin qaynağı mövzusunda bir açıqlama etmirlər.
"Bu ehtimal üzərində düşünmək məni çətin vəziyyətə salır. İnstinktlər çox böyük dəyişiklik keçirmirlər. Kitabımda da bildirdiyim kimi instinktlərin ilk dəfə şüursuz mərhələlərlə dəyişməsini anlaya bilmək olduqca çətindir." (‘Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.II, New York:D. Appleton and Company, 1888, s. 111)
Darvin bu açıqlamalarla instinktlərin öz-özünə yarana bilməyəcəyini və bu sualın nəzəriyyəsini çökdürmək üçün kifayət qədər açıq bir dəlil olduğunu etiraf edir, amma buna baxmayaraq, təkamül nəzəriyyəsini insanlara əsaslı göstərmək məqsədi ilə bu mövzunu qulaqardına vurur. 

Bunun səbəbini də bu sözlərlə açıqlayır:
"Nəhayət,... instinktləri xüsusilə bağışlanmış və ya yaradılmış güclər olaraq deyil, bütün üzvi canlıların inkişafına səbəb olan ümumi bir qanunun, yəni çoxalmanın, dəyişilmənin ən güclülərin yaşamasının və ən zəiflərin ölməsinin kiçik əlamətləri olaraq görmək məntiqli bir nəticə çıxarma olmaya bilər, amma mənim təxəyyülümə görə olduqca qaneedicidir." (Charles Darwin, Türlerin Kökeni, s. 310)
Darvin bu sözü ilə də instinktləri bir Yaradıcının, yəni Allahın yaratdığını qəbul etməyin daha məqbul bir açıqlama olduğunu açıqca etiraf edir və daha sonra isə gerçək belə olsa da instinkt olaraq səciyyələndirilən bütün bu qüsursuz bacarıqların təsadüfən meydana gəldiyini iddia etməyin "təxəyyül" ilə mümkün olduğunu söyləyir.
Məlum olduğu kimi, instinktlərin mövcudluğunu təkamül nəzəriyyəsi ilə açıqlamaq nəzəriyyənin qurucusu olan Darvin üçün belə mümkün olmamışdır. Halbuki təkamülçülərin açıqlaya bilmədikləri bu ağıllı davranışları haqqında danışılan canlılar ilk doğulduqları andan etibarən edirlər. Hər biri özlərini yaradan Allahın onlara verdiyi ilhamla nəsillərini davam etdirirlər. Özlərinə aid bir ağılları və mühakimə qabiliyyətləri yoxdur. Onları ən yaxşı tanıyan, ehtiyaclarını onlardan daha yaxşı bilən üstün güc sahibi Allah onları bu xüsusiyyətlərlə birlikdə yaratmışdır.
www.balikfosilleri.com

/ Dəniz canlıları 1260