Dəniz canlıları Kimyəvi maddə istehsal edən mamaça torpaq qurbağası

Kimyəvi maddə istehsal edən mamaça torpaq qurbağası


“Alytes obstetricans” adlanan mamaça torpaq qurbağası Avropada yaşayan qurbağa növüdür. Bu sevimli canlılar əsasən quruda, suya yaxın torpaqlarda olan oyuqlarda yaşayır, orada da cütləşirlər. Dişi qurbağa yumurtalarını yerə qoyur, erkək isə onları dölləndirir. Yarım saat sonra erkək qurbağa yumurtaları muncuq kimi bir-birinə yapışdıraraq onları arxa ayaqlarının üzərinə yerləşdirir. Bir neçə həftə haraya gedirsə-getsin, hoppana-hoppana yumurtaları da özü ilə daşıyır. O, balalar yumurtadan çıxan vaxtı suya atılır. Balaların hamısı yumurtadan çıxana qədər arxa ayaqlarını sudan ayırmır. Bütün balalar çıxdıqdan sonra isə yenidən qurudakı oyuğuna qayıdır.

Bu məlumatları öyrənən insan bəzi suallar üzərində düşünməlidir:

Mamaça torpaq qurbağası sudan kənarda yaşadığı halda, suyun balaları üçün çox vacib olduğunu haradan bilir?

Qərar vermə qabiliyyəti olmayan bu canlı yumurtaları üçün ən təhlükəsiz yerin arxa ayaqlarının üzəri olduğuna necə qərar verir?

Kimya haqqında məlumatı olmayan qurbağa yumurtalarını yapışdırdığı maddənin kimyəvi tərkibini necə bilir?

Bəs bu kimyəvi maddəni öz bədənində necə istehsal edir?

Şüuru olmayan bu canlı yumurtalarını ipə düzülmüş muncuq kimi bir-birinə yapışdırmağın ən doğru üsul olduğunu haradan bilir?

Əlbəttə ki, mamaça torpaq qurbağası yuxarıda sadalananların heç birini özü düşünə bilməz. Ağıla və şüura sahib olmadığı üçün bu cür qərarlar verərək işləri nizamlaması mümkün deyil. Şübhəsiz ki, bütün canlıları yaradan, onlara ən doğru davranışları ilham edən və onları qoruyan aləmlərin Rəbbi olan uca Allahdır. Allah bir ayədə belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

/ Dəniz canlıları 2019