Dəniz canlıları İstiridyələr suda necə hərəkət edirlər?

İstiridyələr suda necə hərəkət edirlər?


Elm adamları istiridyələrin suda necə hərəkət etdiyini öyrənmək üçün “Saint-Jacques” istiridyəsinin mexaniki sistemini tədqiq etmişlər. İstiridyə əvvəlcə açılır və içərisinə bir miqdar su alır. Sonra bu suyu yumşaq toxumalı bir kisənin içinə yığır. Daha sonra isə rəzəsində olan iki dəlikdən (çanaqlarının birləşmə yerindəki iki dəlik) suyu xaric edir. Beləliklə, yavaşca önə doğru sıçrayır. Sahib olduğu elastik bağ çanağını əlavə güc sərf etmədən yenidən açmasına imkan verir.

İstiridyələrdə olduğu kimi, Allah yerdə və göydə olan hər şeyi müəyyən məqsədlə yaratmış, onlarda hər insanın öyüd alıb Ona yönəlməsi üçün dəlillər var etmişdir.

Qeybin açarları Onun yanındadır, onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın yazıda olmasın. (Ənam surəsi, 59)

/ Dəniz canlıları 1048