Dəniz canlıları Harpun atan dəniz ilbizi

Harpun atan dəniz ilbizi


Dəniz ilbizi növlərindən olan “conus striatus” harpun ataraq ov edir. İlbiz qida borusundan 1,5 mm-lik kiçik harpununu ataraq kloun balığını vurur. Balığın sinir sistemi iflic olaraq hərəkətsiz qalır, bu zaman ilbiz balığı udur.  Dəniz ilbizlərinin bir çox növü vardır. Onların 15 sm. uzunluğunda olan “oxlu dəniz ilbizi” kimi böyük növləri də vardır. Bu ilbiz bədənində hər an istifadə edilməyə hazır 50-ə qədər harpun saxlayır. Bu zəhərli harpunları bədənindən xaricdə - “zəhər kisəciyi” adlanan yerdə saxlayır və atdığı hər harpunun yerinə yenisini istehsal edir.

Şübhəsiz, bu cür ovlama üsullarını, bu üsullardan istifadə etmək üçün uyğunlaşdırılan bədəni, atdıqları maddənin qarşı tərəfdə meydana gətirəcəyi təsiri okeanın dərinliklərində yaşayan “dəniz güllərinə” və “dəniz ilbizlərinə“ ilham edən, onları və kainatdakı hər şeyi yaradan uca Allahdır.

Okeanlarda Allahın sonsuz yaratma gücünü göstərən dəlillər çoxdur. Uca Allah hər yeri elmi ilə əhatə etdiyini bir Quran ayəsində belə bildirmişdir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

/ Dəniz canlıları 530