Dəniz canlıları Erkək dəniz şeytanı necə qidalanır?

Erkək dəniz şeytanı necə qidalanır?


Dəniz şeytanı kimi tanınan balıq növünün özünəməxsus həyat tərzi var. Onların maraqlı xüsusiyyətlərindən biri də erkəklər ilə dişilər arasındakı kəskin fərqlərdir. Bu növün dişiləri erkəklərindən 10-15 dəfə böyük olur. Dişiləri 40-150 sm olduğu halda, erkəkləri sadəcə 4 sm olur. Yəni bu növün erkəkləri cırtdandır.

Erkək və dişi balıqlar arasındakı tək fərq ölçülərində deyil. Erkək dəniz şeytanı hələ körpə ikən dişləri tökülməyə başlayır. Belə vəziyyətdə dəniz şeytanı aclıqdan ölmə təhlükəsi ilə qarşılaşır.

Mərhəmət edənlərin ən mərhəmətlisi olan Uca Rəbbimizin bu canlıya olan şəfqəti çox böyük iman həqiqətidir. Normal şəraitdə dişlərini itirdiyi və buna görə də qidalana bilmədiyi üçün öləcəyi düşünülən bu canlı olduqca fərqli metodla lazımi qidaları əldə edir. Belə ki:

Erkək dəniz şeytanlarının başlarının üçdə birini əhatə edən nəhəng burun dəlikləri var. Bu burun dəlikləri ilə yaradılmaları onlar üçün çox xüsusi haldır. Erkək dəniz şeytanı qoxunu yaxşı hiss edir. Bu onlar üçün əhəmiyyətli haldır, çünki bu canlılar dişilərin ifraz etdiyi “feromen” adlanan xüsusi iyli maye sayəsində onları tapırlar. Bəs hələ bala olan erkək dəniz şeytanı dişisini niyə axtarır?

Çünki erkək dəniz şeytanı qidalana bilmələri üçün dişilərə ehtiyac duyur. Erkək dəniz şeytanları dişi balığı gördükdə möhkəm qısqacları ilə ondan yapışırlar. Dişi balıq erkək balıqdan o qədər böyükdür ki, eyni anda 4-5 erkək balıq dişidən yapışa bilir.

Ən maraqlı hadisə erkək balıqlar dişiyə yapışdıqdan sonra baş verir. Erkək balığın qısqacları ilə yapışdığı hissədən dişinin dəri və damar sistemləri bir-biri ilə birləşir! Bu inanılmaz hadisə nəticəsində cırtdan erkək balıq artıq dişinin sanki bir üzvünə çevrilir. Birləşən damar sistemləri sayəsində dişinin qanındakı qida maddələri erkəyin də bədəninə keçir. Beləcə, erkək ehtiyac duyduğu qidanı dişidən əldə edir.

İnsan bu maraqlı cəhətləri üzərində dərin düşünülməlidir. İki fərqli canlının dərilərinin və hətta damar sistemlərinin birləşməsi gözlənilməz hadisədir. Cırtdan erkək dəniz şeytanının dişlərinin töküldüyünü bilən hər insan bu canlının yaşamasının qeyri-mümkün olacağını düşünər. Belə qeyri-adi üsulla qidalanaraq həyatını davam etdirməsi Allahın bu canlıya rəhmətinin təcəllisidir.

“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)”. (Hud surəsi, 6)

 

/ Dəniz canlıları 549