Dəniz canlıları Elektrikli ilanbalıqları ovlarını uzaqdan idarə ilə ovlayırlar

Elektrikli ilanbalıqları ovlarını uzaqdan idarə ilə ovlayırlar


Canlılar çox fərqli qavrayışa sahibdirlər. Bu canlılardan bəziləri ətrafındakı isti yerləri görür, bəziləri maqnit sahələrini hiss edir, bəziləri isə xarici dünyanı anlamaq üçün elektrikdən istifadə edir. Uca Allahın diləməsi ilə bəzi dəniz canlıları bədənlərində elektrik istehsal edərək ətraflarını radar sistemində olduğu kimi görür və elektrikdən düşmənlərini zərərsizləşdirmək, ya da ovlamaq üçün istifadə edirlər. Bu canlılardan biri elektrikli ilanbalıqlarıdır.

 

www.balikfosilleri.com

 

Elektrikli balıqlar içində ən güclü elektroşok yaradan canlı ilanbalığıdır. Ovlarını 600 voltluq elektriklə ovlayırlar. Bu yüksək elektrik bir insanı yaralamağa kifayət edir. İlanbalıqlarının bundan da təəccüblü xüsusiyyətlərinin olduğu kəşf edilib. Onlar ovlarını bir neçə metr uzaq məsafədən belə ovlayırlar, ən əsası isə ovlarının gizlənmək taktikalarını tərsinə çevirə bilirlər. Çünki Uca Allahın ilhamı ilə ilanbalıqları üçün ovlamaq olduqca asandır.

 

 

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqdakı iribuynuzlu heyvanı belə öldürə bilər. Balığın elektrik istehsal etmək mexanizmi saniyənin mində ikisi və ya mində üçü qədər qısa müddətdə işə düşür. Elektrikli balıqlar içərisində ən öldürücüsü olan elektrikli ilanbalığı elektrik axınını 650 volta qədər yüksəldə bilir. Bu gərginlik televizoru yandırmaq üçün istifadə olunan elektrik yükündən daha güclüdür və bir insanı öldürə bilər. İlanbalığının 800 voltluq elektrik şoku isə bir atı öldürməyə kifayət edir.

 

Elektrik ilanbalığının yan əzələlərində yerləşən orqanlar tərəfindən istehsal edilir. Elektrikli ilanbalığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və uzunluğunun beşdə dördünü təşkil edir. Elektrik orqanı çox sayda yastı hüceyrənin ardıcıl və paralel formada bağlanaraq bir araya gəlməsi ilə yaranır. Elektrikli ilanbalığının quyruğunda 70 sütun şəklində düzülən 10.000 kiçik elektrik orqanı mövcuddur. Hüceyrələrin eyni anda hərəkət etməsi ilə baş verən güclü elektrik boşalması ancaq elektrik siqnallarının eyni anda göndərilməsi ilə mümkün olur. Minlərlə hüceyrənin müəyyən canlını hədəfləyərək eyni anda elektriki boşaltması isə xüsusi və heyrətamiz haldır. Bu hüceyrələrin hər biri fərqli zamanlarda elektriki boşaltsaydı, canlını ovlamağa kifayət edən elektrik axını ortaya çıxmazdı. Ancaq ilanbalığının bədənində varlığından belə xəbəri olmadığı mükəmməl sistem mövcuddur və o, Allahın diləməsi ilə bundan ən təsirli şəkildə istifadə edir.

 

Elektrikli ilanbalıqlarının elektrik yaradan mükəmməl sistemləri

 

Bu canlılar elektrik istehsal etmək qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində istehsal etdikləri elektriklə ovlarının hərəkətlərini məhdudlaşdırmaqda və düşmənlərini şoka salıb öldürməkdə peşəkardırlar.

Elektrikli ilanbalıqlarının quyruq hissəsindəki elektrik orqanı, eyni zamanda, zəif elektrik siqnalları yaradaraq duyğu orqanı kimi də fəaliyyət göstərir. Balıq elektrik yükünü quyruğundakı minlərlə məsamədən siqnallar şəklində yayır. Bu siqnallar balığı əhatə edən suda bir anlıq elektrik sahəsinin yaranmasına səbəb olur. Balığın yaxınlığındakı obyektlər bu elektrik sahəsinin formasını pozur və balıq bu fərqlilikləri dərhal tipinə görə analiz edərək ətrafı haqqında məlumatlar əldə edir. Balığın bədənində ətrafa fasiləsiz elektrik siqnalları yayan və bu siqnalların toxunduğu cisimləri analiz edən təbii radar mövcuddur. İnsanların istifadə etdikləri radarların nə qədər mürəkkəb cihaz olduğu nəzərə alınsa, balığın bədənində olan və insanların yaratdığı nümunələrdən qat-qat mürəkkəb olan bu sistemin möhtəşəmliyi daha yaxşı başa düşülər.

 

www.aragecisacmazi.imanisiteler.com

 

Təbiətdə əsrlərdən bəri mövcud olan elektrik enerjisi

 

XIX əsrdə kəşf edilən elektrik təbiətdə illərdən bəri mövcud olan enerji qaynağıdır. Bəşər övladının uzun fəaliyyətlər və səylər nəticəsində əldə etdiyi bu əhəmiyyətli nemət Allahın yaratdığı bir çox canlıda  yaradıldıqları ilk andan bəri mövcuddur. Elektrikli ilanbalıqları bədənlərində daşıdıqları bu xüsusi sistemlər vasitəsi ilə dövrümüzün ən əhəmiyyətli enerji qaynaqlarından olan elektriki ilk yaradıldıqları andan etibarən heç bir texniki sistem və professional laboratoriya vəsaitlərindən istifadə etmədən, həm də yüksək miqdarda istehsal edirlər. Bu möcüzəvi xüsusiyyət həyatı təsadüflərlə əsaslandıran təkamül nəzəriyyəsini çökdürən və yaradılışı sübut edən parlaq dəlildir.

Allahın üstün elminin təzahür etdiyi canlılardan biri olan elektrikli ilanbalıqları istehsal etdikləri elektrikdən özünümüdafiə və d. məqsədlər üçün istifadə edirlər. Balığın bu cür böyük enerjiyə sahib olması onu yaradan Uca Allahın sonsuz elmini göstərən dəlillərdən biridir. Allah Quranda belə buyurur:

 “Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur”. (Şura surəsi, 3-4)

 

Elektroşok necə işləyir?

 

Elektrikli ilanbalığının elektroşokunun necə işlədiyini araşdıran bioloq Kennet Kataniya (Kenneth Catania) onların koi kimi kiçik balıqlara hücum etdiklərini kameraya çəkmişdi. Geniş hovuzda aparılan araşdırma zamanı saniyədə 1000 kadr qeyd edən yüksək sürətli kameradan istifadə edilmişdi. Yüksək texnologiyalı kamera ilanbalığından yayılan dalğaları və ovun əzələlərindəki sıxılmaları da qeyd etmişdi.

İlanbalığı özünə yaxın olan balığın hərəkətlərini hiss etdiyi zaman yüksək gərginlikli elektrik dalğaları yayır. Bunun sayəsində ovunu şoka salır. Elektrik dalğaları ovun əzələlərinin sıxılmasına və onun olduğu yerdə donub qalmasına səbəb olur.

Kataniya ovlanan balığa əzələlərlə sinir sisteminin əlaqəsini kəsən dərman verdikdə əzələlərinin sıxılmadığını görmüşdü. Təcrübə nəticəsində ilanbalığının yaydığı elektroşokun ovun motor neyronlarına təsir edərək əzələlərinin fəaliyyətini dayandırdığı məlum olmuşdu. Beləliklə, bir balığın yaydığı elektrikin ovun hansı nahiyələrinə təsir etdiyi ilk dəfə bu qədər ətraflı təsbit edilmişdi.

Kataniya ilanbalıqlarını “üzən elektroşok aparatı” kimi təsvir edir və bu aparatlarla ilanbalıqlarının mexanizmlərinin eyni olduğunu bildirir.

 

İlanbalığı təqib etdiyi ovu şokla iflic edir, sonra fərqli dalğa yaymağa başlayır. Bu yüksək enerjili dalğalar 2, ya da 3 elektrik dalğasıdır. Kataniya təbii şəraitdə müşahidə etdiyi bu hadisəni laboratoriyasında ətraflı araşdırmaq üçün ilanbalığının olduğu hovuza iflic olmuş balıqları qoyur.

 

O, hovuzdakı ilanbalıqlarının yaydığı 2, ya da 3 elektrik dalğasının iflic olmuş balıqların əzələlərinin sıxıldığını görür. Qeyri-ixtiyari sıxılmalar şoka məruz qaldıqdan sonra 20 millisaniyə içində öz təsirini göstərir. Əzələləri sıxılan balıqlar olduqları yerdən qeyri-ixtiyari ilanbalığına doğru yaxınlaşmağa başlayırlar.

 

Elektrikli ilanbalıqları ovlarını necə uzaqdan idarə edirlər?

“Elm” (“Science”) jurnalında yayımlanan bir təcrübədə balıqların təxminən 15 sm. uzaqlıqdan ilanbalığına doğru hərəkət etdikləri görünüb. Balığın əzələlərinin adi bir hərəkət etməsi belə motor hüceyrələrindən gələn çox sayda elektrikli əmr nəticəsində baş verir. İlanbalığı şokla iflic etdiyi balıqları özünə doğru üzdürmək üçün ovlarının əzələlərinə elektrik dalğaları ilə əmr göndərir. Ovlanan balıq normal vəziyyətdə öz motor sinirlərindən aldığı əmrləri bu zaman ilanbalığından alır. İlanbalığı hər elektrik dalğasında ovunun əzələsinə ayrı hərəkət əmri verir. Ovunu sanki uzaqdan idarəli oyuncaq kimi özünə tərəf üzdürür. Bioloq Kataniya bu mövzuda belə deyir:

 

“İlanbalığının yaydığı hər elektrik dalğası, uzaqdan idarə kimi, ovun fərqli əzələlərinə təsir edir”. (1)

 

Bu tədqiqat ilanbalığının elektrik cərəyanını suya təsadüfi şəkildə yaymadığını, hər birini müəyyən məqsədlə göndərdiyini ortaya qoyur. Halbuki ilanbalığının bədənində elektrik yaratması, onu suda yayması və özünün bundan təsirlənməməsi təəccüblüdür və bunlar Allahın yaratma sənətinin göstəricisidir.

İlanbalığı haqqındakı bu yeni kəşfin əsas məqamları üzərində düşünək. İlanbalığı ovunu özünə tərəf üzdürmək üçün onun lazımi əzələsini hərəkət etdirməli, bunun üçün elektrik əmrini verməli, öz bədənində bu elektrik əmrini yaratmalı və onu elektrik dalğası şəklində ovuna yönəltməlidir. Hətta ən səthi şəkildə təsvir edilsə də, ilanbalığı olduqca təəccüblü olan prosesləri yerinə yetirir.

Bioloq Ceyson Qalant (Jason Gallant) təkamülçü olsa da, ilanbalığının bu xüsusiyyətləri qarşısında təəccübünü belə ifadə edir:

“Həqiqətən çox gözəl işdir. Bu kəşflər məni çox təəccübləndirdi”. (2)

Bu möcüzəvi hadisənin hər bir mərhələsinin yüksək şüur tələb etdiyi açıqdır. Əsrlərlə aparılan elmi təcrübələrə və yüksək texnologiyaya baxmayaraq, öz bədənimizin xaricində olan canlının əzələlərini necə hərəkət etdirəcəyimiz hələ kəşf edilməyib. Ancaq dənizdə yaşayan canlı bunu yaradıldığı ilk andan bəri rahatlıqla edə bilir.

Təkamül yalanı ilanbalıqlarının varlığını açıqlamaqda çox acizdir. Bu səbəbdən, darvinistlər bu möcüzədən qaynaqlanan heyranlıqlarını gizlətməyə çalışmışlar. İlanbalıqlarının təkamülü ilə bağlı uydurduqları qədim və bəsit hekayələr isə milyonlarla il ərzində qorunaraq dövrümüzə qədər gəlib-çatan fosillərlə yerlə yeksan oldu. İlanbalığı fosillərində balığın elektrik qəbuledicilərinin dəqiq görünməsi onların bu xüsusiyyətlərə ilk yaradıldıqları andan etibarən sahib olduqlarını sübut edir.

İlanbalığı sahib olduğu bütün xüsusiyyətləri ilə birlikdə Allah tərəfindən yaradılıb. Rəbbimiz hər bir canlıya milyonlarla möcüzəvi xüsusiyyətlər bəxş edib. Bu inanılmaz xüsusiyyətlərin bir-bir kəşf edilməsi ilə yaradılış həqiqəti dəfələrlə təsdiq olunur. Quranda belə buyurulur:

 

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir”. (Həşr surəsi, 24)

1. http://news.sciencemag.org/biology/2014/12/ electric-eels-zap-other-fish-remote-control

2. http://news.sciencemag.org/biology/2014/12/ electric-eels-zap-other-fish-remote-control

/ Dəniz canlıları 1050