Digər İrqi ayrı-seçkilik şeytanın oyunudur

İrqi ayrı-seçkilik şeytanın oyunudur


İnsanları heyvana bənzədən təkamül nəzəriyyəsinin ortaya atdığı həyat modeli zalımlıq, sevgisizlik, eqoistlik və mənfəətə əsaslanmışdır. Darvinizm insanların heyvan kimi yaşadığı və davrandığı bir dünya qurmaq istəyir.

 

Bu nəzəriyyə və ona əsaslanan bütün ideologiyalar bəşəriyyəti böyük fəlakətlərə sürükləyir. Allahın əmr etdiyi və Quranda bildirilən əxlaq isə insanları hər zaman rifaha, firavanlığa və sülhə aparır.

 

19-cu əsrdə irqçiliyin ani inkişafına təsir edən ən böyük amil bütün insanların Allah tərəfindən bərabər yaradıldığını bildirən xristian inancının yerinə darvinizmin qoyulması oldu. Darvinizm insanların daha qədim canlılardan törədiyini və bu təkamül prosesində bəzi irqlərin digərlərinə nisbətən daha çox inkişaf etdiyini irəli sürərək irqçiliyə elmi don geyindirməyə çalışmışlar.

 

Bu azğın ideologiyaya əsasən irqlər üç əsas sinifə ayrılır. Birinci qrup “mədəniyəti formalaşdıran” irqlərdir. Bu qrupa alman və digər Avropa xalqları daxildir. İkinci qrup “mədəniyyəti izləyən” irqlərdir. Bunlar sanki mədəniyyəti inkişaf etdirməyi bacarmayan, lakin təqlid edə bilən və təkamülçülərin “sadə irq” olaraq xarakterizə etdikləri çinlilər və yaponlardır. Üçüncü qrup isə “mədəniyyəti təhrif edən” yəhudilər, slavyanlar və zəncilərdir. Bu batil ideologiyanın hələ də bir çox Avropa ölkələrində qəbul edilməsi orada yaşayan qeyri-avropalıların irqçiliyə məruz qalmasına səbəb olur. Həmçinin dünyanın bir çox yerində də rəngləri, məzhəbləri, dilləri və dinləri ayrı olan insanlar böyük miqyaslı qətliamlara məruz qalmışlar.

 

Darvinizmin qorunmuş irqlər yalanı

 

Dünya tarixində bir çox irqçi cəmiyyətlərə, rəhbərlərə və tədqiqatçılara rast gəlmək mümkündür. Lakin bunu ilk dəfə elmə əsaslandırmağa çalışan insan Çarlz Darvin olmuşdur. Darvinin növlərin mənşəyi adlı kitabının alt başlığı "The Preservation of Favored Races in the Struggle for Life" (həyat mübarizəsində qorunmuş irqlərin müdafiəsi) idi. Onun bu haqda yazdığı və xüsusilə insanın törəməsi kitabındakı elmə zidd iddiaları almanların aryan irqinin, ingilislərin isə anqlosaksonların üstün olduqları uydurmalarını dəstəkləyirdi. Həmçinin Darvinin təbii seçmə nəzəriyyəsi amansızcasına həyatda qalma mübarizəsindən bəhs edirdi. Bu “meşə qanunu” cəmiyyətlərə tətbiq edildikdə irqlər və millətlər arasında qarşıdurma və müharibələrin baş verməsi qaçılmazdır. Necə ki, elə də oldu. İrqçi və hərbçi rəhbərlərdən filosoflara, siyasətçilərə, hətta alimlərə qədər bir çox tanınmış insanlar Darvinin nəzəriyyəsinə sahib çıxdı.

 

Genetik olaraq insanlar arasında irq fərqi yoxdur

 

İrqçilik 20-ci əsrin ortalarında ABŞ-ın bəzi bölgələrinə yayıldı. Şiddət əsaslı ideologiyaya sahib olan Klux Klan  təşkilatı ABŞ-dakı irqçiliyin öndə gələn müdafiəçilərindən idi. Ağ irqin üstünlüyü və zəncilərin ikinci sinif insan olduğunu iddia edən bu təşkilatın fəaliyyətləri bir çox məsum insanların həyatını itirməsinə səbəb oldu.

 

1902-ci ildə iki zənci gənc fərqli irqdən olduqlarına görə irqçilər tərəfindən asılaraq öldürüldülər. Lakin 21-ci əsrdə məlum oldu ki, bioloji olaraq insanlar arasında irq fərqi yoxdur.

 

Xüsusilə son 10 ildir genetika elmində kəşf edilən yeniliklər insanlar arasında irq fərqinin olmadığını aşkar etdi. Bir çox alimlər isə bu mövzuda həmfikirdirlər. Məsələn, Atlantada təşkil olunan “Elmin İnkişafı” konqresində (Advancement of Science Convention) alimlər belə bir açıqlama verdilər:

 

İrq, tarixə əsaslanmış hisslərimizin məhsulu olan sosial fantastikadır. Heç bir bioloji əsası yoxdur. (Robert Lee Hotz, “Race has no basis in biology, researchers say,” Los Angeles Times, 20 fevral, 1997)

 

Tədqiqatlarda irqlər arasındakı genetik fərqlərin çox kiçik olduğu, genlərə baxılaraq irqlərin ayırd edilmədiyi məlum oldu. Mövzu haqqında araşdırma aparan alimlər eyni qrupa aid olan insanlar arasında belə 0.2% genetik fərq olduğunu bildirirlər. Dəri rəngi və gözün forması kimi xüsusiyyətlər isə bu 0.2%-in yalnızca 6%-ini təşkil edir. Bu da genetik olaraq irqlər arasında yalnızca 0.012% fərq olduğunu göstərir. (Susan Chaves Cameron, Journal of Counseling and Development, 76:277-285, 1998)

 

Başqa sözlə desək, irq müxtəlifliyi əhəmiyyət verilməyəcək dərəcədə azdır.

 

Quran əxlaqı irqçiliyə qarşıdır

 

İnsanlara əzab verən irqçi ideologiyalar tamamilə İslama ziddir. İslama əsasən, insanların üstünlüyü irqə görə deyil. Kim hansı irqdən olursa olsun, yenə də insandır. Hər birini Allah yaratmışdır. Bu həqiqət Quranda belə bildirilmişdir:

 

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır.
(Hücurat surəsi, 13)

 

Ayədə bildirilən həqiqət açıq-aydındır. İnsanlar bu dünyada bir-birilərini nəyə əsasən dəyərləndirsələr də Allah Qatında üstünlük “təqva”, yəni Allaha yaxınlıq və Allah qorxusu ilə müəyyən edilir.

 

Kimsə bir irqi üstün görür və ya göstərməyə çalışırsa yalnızca özünü aldadır. Çünki hər kəs hesab günü Allahın hüzuruna çıxacak və tək başına sorğu-sual olunacaqdır. Dünyada üstünlük hesab etdiyi xüsusiyyətləri isə heç bir fayda verməyəcəkdir. Əksinə, dünyada Allahın əmrinə tabe olmayanlar, özlərini üstün görərək insanlara zülm edənlər, zəifləri əzərək güclənməyə çalışanlar həm dünyada, həm də hesab günündə etdiklərinin qarşılığını mütləq alacaqlar.

 

(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və (hər şeyə) Qadirdir. (Fatir surəsi, 43-44)

/ Digər 1764