Digər İnsanlar “əcdadımız xurma idi” iddiasına aldanmazlar

İnsanlar “əcdadımız xurma idi” iddiasına aldanmazlar


Son dövrlərdə bəzi din xadimləri darvinist düşüncələrin ilk dəfə müsəlman alimləri tərəfindən ortaya atıldığını iddia edir və “əcdadımız xurma idi” cəfəngiyatını dəstəkləyirlər. Bu insanlar türkləri aşağı irq adlandıran bir şəxsin düşüncələrindən faydalanaraq xalqı “əcdadımız xurma idi” nağılına inandırmağa çalışırlar.

Lakin diqqət yetirsək görərik ki, bu, darvinist diktatorluğun növbəti oyunlarından biridir.

Ancaq çox dar düşüncəli insanlar xurmanı əcdadımız kimi qələmə verə bilərlər. İbtidai sinif şagirdi belə bu cəfəngiyata inanmaz. Lakin son dövrlərdə bu mövzunun mediada müəyyən yer tutması bizi bu iddianın heç bir elmi əsasının olmadığından bəhs etməyə vadar etdi.

Bütün canlılar kimi bitkilər də milyon illər ərzində heç bir təkamül prosesinə məruz qalmamış və quruluşlarında hər hansı bir dəyişiklik qeydə alınmamışdır. Ən qədim bitki fosilləri karbon dövrünə məxsusdur və təxminən 350 milyon il yaşı var. Bu dövrə aid bitkilər müasir növlərindən heç bir şəkildə fərqlənmir. Bəzi insanların “əcdadımız” adlandırdıqları xurmanın yarpağının isə tabaşir dövrünə (146-65 milyon il) aid fosili hazırda elmi dəlillər sırasındadır. Bu bitki təxminən 140 milyon il ərzində heç bir təkamül keçirməmişdir. Milyon illər ərzində qolları, ayaqları formalaşmamış və insana çevrilməmişdir. “Əcdadımız mikrob idi”, “əcdadımız soxulcan idi”, “ilkin formamız xurma idi” kimi tez-tez dilə gətirilən cəfəng iddialar elmi inkişaf və dəlillərdən xəbərdar insanlar üçün yalnız gülüş mənbəyidir.

Bunları bir kənara qoyaq. Darvinistlər bu cəfəng iddia ilə çıxış edərkən xurmanın qüsursuz və mükəmməl yaradılış nümunəsi olduğunu unudurlar. Xurmanın təkcə çəyirdəyi, yarpağı belə darvinistlər üçün izahı qeyri-mümkün möcüzədir. Bunu iddia edənlər xurmanın möhtəşəm yaradılışını təkamüllə açıqlaya bilmirlər.

140 milyon illik xurma yarpağı fosili heç bir dəyişikliyə məruz qalmayıb.

Karbon dövrünə aid 300 milyon illik qıjı otu bugünkü qıjı bitkisindən qətiyyən fərqlənmir.

Darvinistlər 150 ildir bütün iddialarında olduğu kimi, bitkilərin xəyali təkamülündə də demaqoqluq edirlər. Çünki digər canlılar kimi bitkilərin də təkamülünü sübuta yetirən hər hansı bir dəlil mövcud deyil. Üstəlik bu həqiqəti Darvin özü də bilirdi. Bitkilərin anidən ortaya çıxması, qüsursuz yaradılışı və təkamül tarixinə malik olmamaları Darvini belə bir etiraf etməyə məcbur etmişdi.

Canlı tarixində (elmi təsnifat baxımından) mürəkkəb quruluşa malik bitkilərin ani inkişafı mənə fövqəladə hadisə kimi görünür.1

Ara keçid formalarının yoxluğunu, canlıların mükəmməl quruluşları ilə bir anda yaranmasını, milyon illər ərzində heç bir dəyişiklik keçirmədiklərini və gözün qüsursuz quruluşunu açıqlaya bilməyən Darvin bitkilərin təkamülünə də izahat gətirməkdə çarəsiz qaldığını etiraf edir. Ancaq onun nəzəriyyəsinin müasir davamçıları milyonlarla elmi dəlil qarşısında bu cəfəngiyatı təbliğ etməyə davam edirlər.

Darvinistlər demoqoqluğa son qoymalı və məğlubiyyəti qəbul etməlidirlər. Hazırda yaradılış dəlili olan 700 milyondan çox fosil nümunəsi darvinizmi çökdürmüşdür. Yerin təbəqələrindən 700 milyondan çox tapılan fosillər təkamül nəzəriyyəsinə ölümcül zərbə vurur. Bu fosillər arasında bir dənə belə ara keçid forması yoxdur. Təkamül nəzəriyyəsi sadəcə cəfəngiyatdır və bu cəfəngiyat uzun illər ərzində insanlara elm adı altında təlqin edilmişdir. Ancaq artıq Darvinizmə inanan yoxdur. Xalqımız Qurandakı ayələrə tamamilə zidd olan və elmi dəlillərlə təkzib edilən bu iddianın tələsinə düşmür. Çünki onlar mələklərin, cinlərin təkamüllə yaradılmadığını, ilana çevrilən hz.Musanın əsasının mərhələ-mərhələ formasını dəyişmədiyini bildikləri kimi, canlıların da təkamüllə meydana gəlmədiyini bilirlər.

Qeydlər:
Erik Stokstad, “Fossil Plant Hints How First Flowers Bloomed”, Science, Volume 296, say 5569, 3 May 2002, səh. 821

/ Digər 494