Digər DÖVRÜMÜZÜN YENİ EPİDEMİYASI OLAN EBOLA VİRUSU HAQQINDA BİLMƏDİKLƏRİMİZ

DÖVRÜMÜZÜN YENİ EPİDEMİYASI OLAN EBOLA VİRUSU HAQQINDA BİLMƏDİKLƏRİMİZ


Ebola virusu niyə sürətlə yayıldı?

 Ebola virusunun digər viruslardan fərqi nədir?

Ebola virusuinsanın immun sistemini necə aldadır?

 Viruslar hüceyrənin yaşaması üçün ehtiyacı olan qidaların formasını təqlid edirlər. Bu,kilidaçanınaçarların formasını təqlid etməyinə bənzəyir. Virus hüceyrənin içinəgirdikdən sonraöz surətini orada qoyurvə hüceyrə virus olaraq çoxaltmağa başlayır. Hüceyrənin içindəçoxalan viruslar hüceyrəni partladır və onlarla viruslu hissə digər hüceyrələrə keçir. Ebola virusu da orqanizmə bu cür girir və insanları ölümə sürükləyən proses başlayır.

Virusların  xüsusiyyətləri

 Viruslar insan orqanizminin ən böyük düşmənidir. Virus insan orqanizmindəki hüceyrələrdən sığınacaq kimi istifadə edir, çoxalır və bəzən insanın ölümünə səbəb olur. Virus zülal örtükdən və örtüyüniçində özünə aid məlumatlarolan genetik kodlardan (DNT və ya RNT) ibarətdir. Tək başına həyatda qalmaq üçün hər hansı bir funksiyası və ya orqanı yoxdur. Enerji istehsal edən və ya zülal sintez edən sistemi yoxdur. Ona görə də bu funksiyaları yerinə yetirən canlı hüceyrənin varlığına möhtacdır. Bu səbəbdən bir virus milyonlarla ildəyişmədən və həyat əlaməti göstərmədən olduğu yerdəqalır. Bu müddətdə strukturunda heçbir dəyişiklik olmur və ya pozulmur. Uzun müddət gözlədikdən sonra bir orqanizm ilə qarşılaşanda, dərhal canlanır və hərəkətə gəlir. O, sanki planlar quran, strategiya hazırlayan, ağıl istifadə edən şüurlu canlıya çevrilir. Bu qeyri-adi dəyişikliyin yeganə səbəbi isə Allahın canlıya hərəkətlənməsini ilhametməsi, ona həyat verməsidir. Şübhəsiz, başqa heç bir güc, heç bir elm, heç bir texnoloji mexanizm bu qeyri-adi şüurlu davranışlara səbəb olmur.

Viruslar uzun müddət cansız kristal halında yaşayırlar. Viruslar daxil olduqları hüceyrənin temperaturu və rütubəti sayəsində canlanırlar. Hüceyrənin içinə yerləşdikdə bəzən saatda 100 dəfəçoxala bilirlər. Bəzən öz genetik quruluşunu dəyişdirərək bir il ərzində 20 milyon insanı öldürəbilirlər. Belə güclü və ölümcül təsirlərə malik olan viruslar o qədər kiçikdirlər ki, 1018 dənəsi bir tennis topunun içinə sığa bilər. Əgər kainatın başlanğıcından bəri saniyədə bir virus tennis topunun içinə qoyulsaidi,indiyə kimitopun ancaqyarısı dolardı. Əlbəttə, hər bir virus eyni böyüklükdədeyil. Bir virus digərindən min dəfəböyükdür, amma yenə də bir tennis topunu doldurmaları 30 milyon il tələb edir. Böyük viruslardan 80 dəfə kiçik olan viruslar isə topu 2 trilyon ilə belə doldura bilməzlər.

Virusların strukturları tədqiq etdildikcə, onların mükəmməl quruluşa sahib olduqları görünür. Virusun örtüyünü əmələ gətirən molekullar virusa ləl-cəvahirat görünüşü verirlər. Hər birvirusun özünəməxsus həndəsi quruluşu və heyranedici formaları var. Təbiətdəki digər şeylərdəolduğu kimi, virusun formalaşmasında da müəyyən qayda və ölçülər var. Viruslar "kubşəkillisimmetriya"ya malikdirlər. Alimlər bu memarlıq nümunəsinin qaydalarını vəstrukturunu tapmaq üçün uzun illər boyu tədqiqatlar aparıblar. Bu həndəsi qaydalar nəticəsində yaranan formalarikosaedr adlanır. Nəticədə,20 səthdən ibarət bərabərtərəfli üçbucaqlarlaryaranır.

 

 Müxtəlif viruslar altıbucaqlı, beşbucaqlıhəndəsi formalara uyğun olaraq çoxsəthli, simmetrik xarici örtüyə malik olurlar. Bəzi viruslar isə boru və ya silindr formasına malikdirlər. Bu cür viruslarda isə spiral simmetriya mövcuddur.

Elm dünyası 30 ilini yeni kəşf edilən virusları X-süaları və digər mürəkkəb metodlarla mikroskop altında tədqiq etməyə sərf edib. Başqa sözlədesək, özünəməxsusluğu ilə bütün canlılığı təsiri altına alan, kütləviinsan ölümünə səbəb olan, əslində isə yalnız hüceyrə membranı və DNT-dən ibarət olan bu canlı, hələ ötən əsrdə kəşf edilib və o vaxtdan etibarən 30 il ərzində başa düşülməyə çalışılıb. Ancaq bu mərhələyə çatana qədər minlərlə insan bir-birindən fərqli formalarda olan bu kiçik canlıların öldürücü və ya xəstəlik törədən təsiri altında qalmışlar. Yəni insanların varlığından belə xəbəri olmayan bu kiçik canlılar milyonlarla il ərzində eyni  üsullardan istifadə etmişlər və həmin iş bölgüsü ilə hərəkət etmişlər. Bax bu, Allahın sonsuz elminin təzahürüdür.

Ebola virusunu digərlərindən fərqləndirən xüsusiyyətlər

Ebola virusunun mikroskop altındakı görüntüsü U hərfinə və ya 6 rəqəminə oxşayır. Alimlər bu virusu çoban dəyənəyinə də bənzədirlər. Membranın kənarında kompleks şəkildə qlikoprotein molekulları mövcuddur. Virus bu molekulların istehsalında xüsusi taktikadan istifadə edir və immun sisteminin virusa qarşı antitel istehsal etməsinin qarşısını alır. Ebola genlərində digər viruslardan fərqli olaraq, inanılmazRNT kopiyalanması prosesi gedir. Virusun inaktivRNT-sində 7 fərqli zülalın geni mövcuddur.

Virusun daxilində olan zülallar:

 1- Nükleoprotein N (bu zülal RNT-ni qorumaq üçün onu xaricdən əhatə edir)

 2- Minor nükleoprotein VP30 (genlərin RNT üzərindəki yerlərini müəyyən etməyə kömək edir, RNT-niəhatə edən başqa bir zülal)

3- VP35 (bu zülal inaktiv RNT-dən fəal RNT istehsal edən zülaldır. L zülalının işləməsinə dəstək olur)

 4- L-zülal (RNT polimeraza zülalı, yəni aktiv RNT istehsal edən zülaldır)

 5- Matriks VP40 (membran ilə daxildəki inaktiv RNT molekulu arasında yerləşir, membranın üzərinə yapışmış olur. Əksəriyyət viruslarda bu zülal var.)

 6- Matriks VP20 (membran ilə daxildəki inaktiv RNT molekulu arasında yerləşir, membranın üzərinə yapışmış olur. Adətən VP40  şəklində mövcuddur. Ancaq bu zülal daha az miqdardadır.

 7- Qlikoprotein (membranın kənarında kiçik tikanlı çıxıntılar yaradan kompleks glikoproteinlərdir)

Viruslar Allahın gücünün təzahürləridir

 İnsanın 100 trilyon hüceyrəsinin hər birinəmüxtəlif üsullarla girməyi bacaran, çoxkiçikolmasına baxmayaraq insanın, hətta kütlələrin ölümünə səbəb olan virus Allahın böyük möcüzəsidir. Allahın sonsuz ağlını görməyimiz üçün yaradılmışdır. Gözlə görülməyən bir virus qarşısında insanınnecə aciz qaldığına şahid olması üçün bu canlılar Allahın diləməsi ilə var edilmişlər. Yer üzündəki bütün mükəmməl əsərlər kimi, bu canlı da yaradıcısının gücünü nümayiş etdirir. İnsanlar qəbul etsə də, etməsə də, bu, həqiqətdir. Allah bir ayədə belə buyurur:

Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!.(Hud surəsi, 56)

Ebola virusu xəstəliyi necə yaradır?

 Virus hüceyrəyə daxil olaraq onun fəaliyyətini dəyişdirən və özünə xidmət etdirənbir canlıdır. Hüceyrəyə girməzdən əvvəl ayaqları iləhüceyrənin özünə uyğun olub-olmadığını yoxlayır. Hüceyrə uyğundursa, öz DNT-sini və ya "özünü" hüceyrənin içinə salır. Hüceyrəisə içinə girən bu yeni DNT-nin yad yad cisim olduğunu anlamır. Təsbit edə bilmədiyi bu yad maddəyə qarşı mübarizə də aparmır. Hüceyrə virusun DNT-sini DNT-lərin olduğu yerə, yəni nüvəyə aparır. Virus burada hüceyrənin DNT-sinə qarışır. Bu mərhələdən sonra hüceyrə zülal istehsal etdiyini zənn edərək yeni virusun DNT-sini artırmağa başlayır.

 Ebola virusu hüceyrəyə girdikdə, L zülalinaktiv RNT-nin sol ucundan başlayaraq aktiv RNT istehsal edir. Maraqlı olan isəL zülalının şüurlu iş görməsidir. Birincisi,aktiv RNT-yə adenin molekulları əlavə edir və hara nə qədər adenin əlavə edəcəyini bilir. İkincisi, GP-nin (qlikoprotein) (şəkildə sarı rəngli GP yazılan hissənin alt hissəsində olan sGP) olduğu hissədə möcüzə baş verir.

 Aktiv RNT istehsal edildikdə ilk yaranan GP (qlikoprotein) genindən istehsal olunan qlikoproteintam struktura malik olmur. O, suda həll olan kiçik zülaldır. Virus əvvəlcə bu zülalı istehsal edir və qlikoprotein hüceyrədən qana keçir. Kiçik molekul insanın qan dövranına  qarışır. İnsanın qanındakı immun hüceyrələri ilk dəfə bu kiçik zülal ilə qarşılaşır və buna uyğun olaraqantitel istehsal edir. Amma ağıllı L zülalıqlikoprotein genini kəsir və dəyişdirir, bir az fərqli qlikoprotein əmələ gətirir. Bu qlikoprotein də hüceyrənin membranına yapışıb qalır, yəni hüceyrədən kənara çıxa bilmir. Bu səbəbdən də qanda sərbəst gəzmir, virus tam halda hüceyrədən kənarlaşdırılanda membranın üzərində olur. İmmun hüceyrələri bu qlikoproteinin kiçik və fərqli bir versiyası iləəvvəl dəqarşılaşdıqları üçün ona uyğun müdafiə qururlar. Və virusun üzərindəki əsas qlikoproteini tanımadıqları üçün ona qarşı antitel istehsal edənə qədər virus digər hüceyrələrə daxil olur.

L zülalının RNT üzərindəki kodu kəsib dəyişməsi "RNT editing" adlanır və təbiətdə yalnız bəzi eukariot(nüvəli)hüceyrələrin bəzi həssas sistemlərində baş verir. Virusun zülalının bunu bilməsi, harada necə kəsəcəyini anlaması və immun sistemini aldatmaq üçün qabaqcadan daha təsirsiz və fərqli birqlikoproteini qana ifrazetməsimükəmməl bir ağılın açıq dəlilidir.

Şübhəsiz, virusun strukturu mükəmməl bir sistemin varlığını göstərir.Ağılı və beyini olmayan, hətta DNT-si belə olmayan virusun hüceyrəni tanıması və bunları yalnız 7ədəd zülalı və üstəlik inaktiv olan RNT ilə etməsi böyük bir möcüzənin açıq dəlilləridir. Əlbəttə, həkimlərin çətinliklə həll etməyə çalışdığı sistemi mikroskopik canlının problemsiz şəkildə həyata keçirməsi onların ağıllı və bacarıqlı olması mənasını vermir.Virusların bu prosesləri yerinə yetirmələri üçün Allah onları qüsursuz yaratmışdır. Bir ayədə belə buyurulur:

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 6)

Qərbi Afrikada qısa müddətərzində 729 nəfəri öldürən və dünyada təşviş yaradan Ebola virusunu tibbin hazırkı imkanları ilə zərərsizləşdirmək tam olaraq mümkün deyil. Hələ ki, müalicəsi olmayan bu xəstəliyə qarşı ZMapp adlı dərmandan istifadə edilir,onun meymunlar üzərində təsiri yoxlanılır və yaxşılaşma müşahidə olunur. Ancaq məhdud dərəcədə uğur qazanan və dünyanın ən yaxşı tibbi təhsilli alimlərin mikro səviyyədəki bir virusun mexanizmini hələ də tapmaması virusun ağlının insan ağlından üstün olduğunu göstərir. Şübhəsiz, yer üzündəki bütün mükəmməl əsərlər kimi, bu canlı da bu əsərin yaradıcısının gücünü göstərir. İnsanlar qəbul etsə də, etməsə də, bu, mütləq olan bir həqiqətdir.

 Ebola haqqında ümumi məlumat

 Ebola virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqoda aşkarolunub.Bu virus Konqoda Ebola çayı ətrafında müşahidə edildiyi üçün Ebola adlanır.

 90% ölümlə nəticələnir.

 İnsanlara viruslu qan və ya başqa bədən mayeləri ilə birbaşa təmasnəticəsində yoluxur. Sağaldıqdan sonra insanın qanında 7 həftə ərzində virusu daşıyıb yayabilir.

Xəstəliyin ilk əlamətləri qripəbənzəyir. Bu əlamətlər yüksək temperatur, əzələ zəifliyi, halsızlıq, ağrı və boğaz quruluğudur. Sonrakı mərhələdə bədəndə həm daxili, həmdə xarici qanaxma baş verir.

 Ebola virusutəkzəncirli inaktiv RNT geninə malikdir. Virus hüceyrəyə girdikdə virusun içindəki RNT polimeraza fermenti (yəni L zülalı) virusun aktiv versiyasını hazırlayır, ancaq bu mərhələdən sonra hüceyrə daxilindəki yol tam olaraq bilinmir.

 Əlamətləri bir çox xəstəliklərə bənzədiyinə görə, dəqiq analizlər nəticəsində müəyyən etmək olur. Yoluxucu olduğu üçün xəstəlik üzərində çalışantibbi heyətdədiqqətli olmalıdır. Xəstə mütləq karantinə alınmalı,onunla məşğul olan şəxslər əlcək taxmalıvə qoruyucu geyimlərgeyinməlidirlər. Ölən xəstələrin basdırılarkən belə yoluxdurma riski var.

/ Digər 952