Digər Allahın mikro dünyada yaratdığı sənət

Allahın mikro dünyada yaratdığı sənət


Allah bütün kainatı əhatə edən sonsuz gücün və ağlın tək sahibidir. Kainatdakı bütün nizamda Allahın bənzərsiz yaratma sənətinin nümunələri var. Həmçinin mikro dünyadakı bənzərsiz sənət də Allahın izni ilə ortaya çıxıb. Allah hər şeyə gücü yetəndir:

“Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar” (Bəqərə surəsi, 117)

Bir damcı sudakı incəliklər

Su həyatın təməl qaynağıdır: dünyanın 70%, bədənimizin 60%-ni təşkil edir. Mayenin üç fərqli halda olduğunu hər birimiz bilirik. Qaz halında atmosferin tərkibində, donduqda buz, maye olaraq isə dənizlərdə olur. Yağış, qar, dolu, duman, şeh – bunların hamısı suyun fərqli hallarıdır. Göy qurşağı isə havadakı su damlacıqlarının günəş işığında qırılması ilə yaranır. Rəngsiz, qoxusuz, dadsız olan su kimyəvi quruluşu ilə yanaşı, sahib olduğu xüsusiyyətləri ilə də bildiyimiz bütün birləşmələrdən fərqlidir.

Bütün qar dənələrinin bir-birindən fərqli, qızıl nisbətində və möhtəşəm görünüşə sahib olduğunu bir çox insan bilir. Bəs bir su damlasının quruyarkən mükəmməl naxış meydana gətirdiyini bilirsinizmi?

Corciya Texnologiya İnstitutunun Elektron və Nanotexnologiya tədqiqat mərkəzinin mühəndisi Devin Braun (Devin Brown) elektron şüası ilə silikon çipin üzərindəki naxışları tədqiq edərkən həmin sahəyə necə girdiyi bilinməyən çox kiçik su damlası gördü. Adi gözlə görülməyən bu damcının içindəki naxışlar isə heyrətverici idi. Braun işıq mikroskopunda bu damcının şəkilini çəkdi. Mikro şəkil yarışmasında mükafat alan bu şəklə “mavi günəbaxan” adını verdi, çünki su damcısının naxışları günəbaxandakı qızıl nisbət formasında idi. Məhz həyatımız üçün əvəzsiz olan suyun mikroskop altındakı heyranedici görünüşü də Allahın yaratmasındakı sənəti bir daha sübut edir:

“Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır” (Həcc surəsi, 63)

Viruslardakı qızıl nisbət

Həndəsi formalar təkcə üçbucaq, kvadrat və ya beşbucaqlı, altıbucaqlı formalarla məhdudlaşmır. Bu saydığımız formalar fərqi yollarla birləşərək yeni – üçölçülü həndəsi formalar yarada bilirlər. Buna nümunə kimi kub və piramida göstərilə bilər. Bunlardan əlavə gündəlik həyatda heç qarşılaşmadığımız, hətta adını belə ilk dəfə eşitdiyimiz “tetraedr (dörd üzlü), oktaedr, dodekaedr və ikosaedr” kimi üçölçülü formalar da var. “Dodekaedr” 13 ədəd beşbucaqlıdan, “ikosaedr” isə 20 ədəd üçbucaqdan ibarətdir. Elm adamları bu formaların riyazi cəhətdən bir-birinə çevrilə bildiyini və bu çevrilmənin qızıl nisbətdə baş verdiyini kəşf ediblər.

Mikroorqanizmlərdə qızıl nisbətdə olan üçölçülü formalar olduqca geniş yayılıb. Bir çox virus “ikosaedr” quruluşuna sahibdir. Bunların ən məşhuru “Adeno” virusudur. Adeno virusunun zülalının qılafı 252 ədəd zülalın quruluş vahidinin nizamlı şəkildə düzülməsi ilə əmələ gəlir. İkosaedrin bucaqlarında yerləşən 12 alt vahid isə beşbucaqlı prizmalar formasındadır. Bu bucaqlardan tikana bənzər çıxıntılar uzanır. Virusların bədənlərində qızıl nisbət olduğunu təsbit edən ilk insan 1950-ci illərdə Londondakı Birkbeck Kollecindən A.Klaq (A. Klug) ilə D. Kaspədir (D. Caspar). (J. H. Mogle, et al., “The Stucture and Function of Viruses”, Edward Arnold, London, 1978.)

Qızıl nisbətə sahib olduğu ilk müəyyən edilən virus isə “Polio” virusudur. “Rhino 14” virusu da “Polio” virusu kimi eyni quruluşa malikdir. Bəs nəyə görə viruslar insanların zehinlərində çətinliklə canlandıra bildiyi qızıl nisbətlə yaradılan xüsusi quruluşa sahibdirlər?

Bu, çox aydın həqiqəti bir daha təsdiq edir. Bəzi elm adamlarının “ən bəsit və kiçik canlılardan biri” (Mehmet Suat bergil, Təbiətdə / Elmdə / Sənətdə, Qızıl Nisbət, Arxeologiya və İncəsənət Yayınları, 2. Nəşr, 1993, s. 82) kimi qəbul etdikləri viruslarda belə dəqiq plan və ağıllı dizayn mövcuddur. Bu dizayn dünyanın aparıcı memarlarından olan Bakminsta Fulanın dizaynlardan daha çox gözəl və üstündür. Dodekaedr və ikosaedr təkhüceyrəli dəniz canlıları olan “radiolariaya”ların silisium tərkibli skeletlərində də qarşımıza çıxır. Radiolarialar hər bucağından yalançı ayaq çıxan dodekaeder kimi bu iki həndəsi formaya malik, səthlərindəki çox müxtəlif hissəciklərlə birlikdə fərqli gözəllikdəki bədənə sahibdirlər. (Mehmet Suat Bergil, Təbiətdə / Elmdə / Sənətdə, Qızıl Nisbət, Arxeologiya və İncəsənət Yayınları, 2. Nəşr, 1993, s. 85) Ölçüləri millimetrdən daha kiçik olan bu orqanizmlərə nümunə kimi ikosaedr quruluşlu “Circigonia Icosahedra” ilə dodekaedr skeletli “Circorhegma Dodecahedra” göstərilə bilər.

Hər bir küncündən yalançı ayaqları çıxan və dodekaedr formasında olan şüalılar (radiolaria) səthlərinin olduqca müxtəlif olması səbəbilə fərqli gözəllikdə bədənlər formalaşdırılar.

Işınlılar (radiolaria), her köşesinden birer yalancı ayak çıkan düzgün Dodekahedron gibi, bu iki geometrik formdan kaynaklanan yapıları, yüzeylerindeki çok çeşitli oluşumlarla birlikte değişik güzellikteki bedenleri oluştururlar. 

 

 

DNT-dəki qızıl nisbət

Canlıların bütün fiziki xüsusiyyətlərinin özündə ehtiva edən DNT molekulu da qızıl nisbətlə yaradılıb. DNT şaquli istiqamətdə iç-içə açılmış iki spiraldan ibarətdir. Bu spiralların hər birinin tam uzunluğu 34 anqstrem, genişliyi 21 anqstremdir (1 anqstrem santimetrin yüz milyonda biridir). 21 və 34 ardıcıl gələn iki Fibonaççi rəqəmidir. Allah hər şeyi müəyyən ölçü ilə yaratdığını belə bildirir:

“Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir” (Furqan surəsi, 2)

Allah kainatı qüsursuz nizamla yaradıb. Kosmosda, yer üzündə, canlılarda, bitkilərdə möhtəşəm harmoniya, həmçinin insanda heyranlıq oyandıran möcüzələr mövcuddur. Rəbbimiz bu möhtəşəmliyi Mülk surəsində belə bildirilir:

“Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir” (Mülk surəsi, 3-4)

Bəşər övladı kainatı, təbiəti, heyvanları, bitkiləri və öz bədənini araşdırdıqca Allahın sonsuz sənətinin nümunələrinə daha yaxından şahid olur və bu yaradılış möcüzələri insanın imanda dərinləşməsinə, Allah qorxusunun və Allah sevgisinin artmasına vəsilə olur.

 

/ Digər 885