Bitkilər aləmi Təqlidçi bitkilər

Təqlidçi bitkilər


 

Bitkilər hansı təqlid metodları ilə nəsillərini davam etdirir və düşməndən qorunurlar?
Gözü və şüuru olmayan bu bitkilər təqlidi necə gerçəkləşdirirlər?
Bitkilər təqlid bacarıqlarını nəsildən-nəslə necə ötürüblər?

Bitkilər çox ağıllı metodlardan istifadə edərək nəsillərini davam etdirir və düşməndən qorunurlar.

İnsanların labarotoriya şəraitində uzun araşdırmalar nəticəsində əldə etdikləri fiziki və kimyəvi xüsusiyyətləri bitkilər çox rahat üsullarla nəsillərinin davam etdirmək üçün əldə edirlər. Şübhəsiz ki, bitkilər üçün əhəmiyyətli olan bu xüsusiyyətlər aləmlərin Rəbbi uca Allahın yaradılış dəlillərindən sadəcə biridir.

                                         Qaya təqlidi edərək qorunan yabanı bitkilər

Yabanı bitkilər iki üsulla isti və susuzluqdan qorunurlar: Birincisi, möhkəm quruluşları sayəsində, ikincisi, isə yuxuya gedərək. Qeyri-adi və xüsusi quruluşları sayəsində quraq iqlimdən zərər çəkməyən bu bitkilərdə yarpaq həm gövdə, həm fotosintez orqanı, həm qida və su anbarı, həm də qalın quruluşu sayəsində bir müdafiə orqanıdır.

Bundan başqa, anbar vəzifəsi daşıyan bəzi yarpaqlar ətrafdakı qayalıqları təqlid edən kamuflaj ustalarıdır. Bu bitkinin ətraf mühitdən xəbərdar olması və bunun sayəsində qoruna bilməsi açıq-aşkar möcüzədir. Bitki sanki qayaların qorunmaq üçün ideal yer olduğuna özü qərar verir. Qayalara bənzəsə, gözə batmayacağını və daş kimi iri bir strukturun anbar vəzifəsini rahatlıqla yerinə yetirəcəyini düşünür və kimyəvi quruluşunu buna uyğun dəyişir. Ancaq ağlı, şüuru, gözü olmayan bitkilərin belə əhəmiyyətli qərar verib bunu tətbiq etməsi mümkün deyil.

Bütün canlıların təsadüfən yarandığını irəli sürən təkamülçülər qaya təqlidi edən yabanı bitkilərin də bu xüsusiyyətlərə təsadüfən sahib olduqlarını deyirlər.Təsadüfən bir bitki qüsursuz təqlid bacarığı və səhra istisində ən çox ehtiyacı olan su təchizat sistemi ilə təmin oluna bilər mi? Sualın cavabı hamıya məlumdur. Səhra bitkilərinə təqlid bacarığını və çətin şəraitdə yaşamaq xüsusiyyətlərini verən aləmlərin Rəbbi olan uca Allahdır.

                                Eşşək arısını təqlid edərək nəsillərini davam etdirən orxideyalar

Eşşək arıları digər arılardan fərqli olaraq torpaqda yaşayırlar və sadəcə erkəkləri uça bilir. Buna görə də dişilər nəsillərini davam etdirmək üçün bitkilərin gövdələrinə dırmaşmalıdırlar. Gövdəyə çıxdıqdan sonra “qoxu” yayaraq erkəyin onu tapmasını gözləyirlər. Erkəklər dişilərdən iki həftə əvvəl yumurtadan çıxır. Cənubi Avstraliyada yaşayan çəkic orxideyasının xüsusiyyətinin dişi arınınkına bənzəməsi onun üçün üstünlükdür. Erkək eşşək arıları üzə çıxanda orxideya fürsətdən istifadə edərək çiçəklərini acır və dişi arı kimi qoxu yayır. Erkək arı çiçəyi dişi arı zənn edir və çiçəyin içinə düşür. Çiçəyin içindən çıxmağa çalışanda tozcuq kisələri arının bədəninə yapışır. Tozcuqları daşıyan arı digər çiçəklərə qonaraq onları dölləndirir. Orxideyanı da, dişi və erkək arını da çox yaxşı tanıyan və bir-birlərinə uyğun yaradan uca Allahdır.

Bitkilərə təqlid bacarığını verən uca Allahdır

Bitkilər müxtəlif yollarla nəsillərini davam etdirir və qorunurlar. Bitkinin ağlı, yaddaşı və diaqnoz qabiliyyəti yoxdur. Özündən tamamilə fərqli bir canlının – böcəyin xüsusiyyətlərini, seçimlərini, yumurtalarının formasını bilməsi qətiyyən mümkün deyil. Ancaq bitkilər böcəklərin hansı şəraitdə onlara yaxınlaşıb-uzaqlaşacağını bilir. Onlar yarpaqlarında, ləçəklərində böcəklərin sevdiyi qoxunu istehsal edərək, xəstə görünərək, yaxud da böcəkləri uzaqlaşdıran müxtəlif naxışlar yaradaraq özlərini müdafiə edirlər. Təqlid zəka tələb edən qabiliyyətdir. Bu səbəbdən bitki zəkalı olmalı, formanı və qoxunu tanımalı, üstəlik bunları hafizəsində saxlamalıdır. Bundan sonra bitki sanki sənətkar kimi bədənində dəyişikliklər edərək kamuflaj olur. Əlbəttə, bu saydıqlarımızın bir bitki tərəfindən edilməsi, ya da hansısa təsadüf nəticəsində yaranması mümkün deyil. Bitkilər bu xüsusiyyətlərlə birlikdə yaradılıb. Bu onlara Allahın bəxş etdiyi xüsusi müdafiə sistemidir. Hər şeyi ən kiçik detalına qədər planlayan Rəbbimiz bitkilərə də ehtiyacları olan bütün keyfiyyətləti verib. Allah hər şeyin hakimidir. Bütün kainatda baş verən hər şeydən xəbərdardır. Uca Allah bir ayəsində bu gerçəyi belə bildirir:

 “O, göydən yerə qədər olan bütün işləri idarə edir....” (Səcdə surəsi, 5)

 

/ Bitkilər aləmi 1039