Bitkilər aləmi Şaftalı möcüzəsi. Sağlamlığınız üçün faydalı məlumatlar.

Şaftalı möcüzəsi. Sağlamlığınız üçün faydalı məlumatlar.


Yay aylarının ən sevilən meyvələrindən olan şaftalı gilas və ərik kimi gülçiçəyikimilər fəsiləsindəndir. Vətəni Şərqi Asiya və Çindir. Avropaya ispanlar tərəfindən İrandan gətirilib. Əsasən, iyun-sentyabr aylarında yetişir. Meyvəsi sarı, krem, yaşıl-qırmızı rəngli, tüklü və nazik qabıqlıdır. Qırmızı-sarı rəngdə olan əti bol sulu və xoş ətirlidir.

Şaftalının faydaları saymaqla bitməz. Tərkibindəki A vitamini xərçənglə mübarizədə güclü təsirə malikdir. Şaftalı ağız qoxusunu aradan qaldırır, böyrək daşlarını əridir, bağırsaq qurdlarını öldürür, qanı zəhərli maddələrdən təmizləyir. Şaftalı çiçəkləri qəbizliyi aradan qaldırır. Sidik kanalını təmizləyir. Şaftalı ağız və mədə seliyinin ifrazını artıraraq həzmə kömək edir. Yeməkdən sonra yeyilən şaftalı həzmi sürətləndirir və asanlaşdırır. Qripə qarşı bədənin müdafiə mexanizmini gücləndirir.  

Şaftalı, həmçinin xərçəngə və infarkta qarşı qoruyucu təsirə malik olan beta-karotenlə zəngindir.

Bir şaftalı insanın gündəlik C vitamini ehtiyacının 50 %-ni ödəyir. Böyrəklərin və öd kisəsinin normal fəaliyyətini təmin edir. Sinir sistemi üzərində müsbət təsirə malikdir, yuxusuzluğu aradan qaldırır. Toyuq korluğunun qarşısını alır.

Şaftalı üz və boyundakı qırışlara olduqca faydalıdır. Gecə nazik şaftalı dilimlərini qırış olan bölgələrə qoyub 10-20 dəqiqə gözləyin. Şaftalı dilimlərini götürün və üzünüzü yumadan yatın.

Həm görünüşü, həm də dadı ilə hər kəsin zövqünü oxşayan bu meyvənin bir-birindən mühüm faydaları və möcüzəvi xüsusiyyətləri Allahın insanlara lütfüdür. Allah növbənöv canlıları, bitkiləri və müxtəlif nemətləri insanların Ona şükür etməsi və bənzərsiz yaratma gücünü görməsi üçün yaradıb.

Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 10-11)

/ Bitkilər aləmi 1084