Bitkilər aləmi Qozalardan tərləmənin qarşısını alan paltarlara qədər

Qozalardan tərləmənin qarşısını alan paltarlara qədər


Qozaların quruluşunda diqqət çəkən xüsusiyyətlər hansılardır?

Qozaların aerodinamik quruluşu bitkiyə hansı xüsusiyyətləri qazandırır?

Qozaların xüsusiyyətləri biomimetikaya necə ilham olmuşdur?

www.biyomimetik.imanisiteler.com

Dörd fəsildə də möcüzəvi şəkildə yaşıllığını qoruyan şam ağacları, yəqin ki, hər kəsin diqqətini çəkib. Bu iynəyarpaqlı ağacların toxumlarını saxlayan qozaları isə görməyən yoxdur. Pulcuqlar qozalar üzərində qızıl nisbətlə düzüldüyündən cəlbedici və estetik görünürlər. Qozaların diqqət çəkən digər cəhəti də müxtəlif temperaturlarda və rütubətli havada pulcuqlarını açıb-bağlamalarıdır.

Qozanın qeyri-adi quruluşu

Qoza qabığı odun kimi bərk, ikiqat və lifli quruluşa malikdir. Qabığın daxili hissəsini təşkil edən hüceyrələr qısa və üçbucaq formasındadır, xarici qatın hüceyrələri isə uzun və qalındır. Yağışlı, rütubətli havalarda xarici qatdakı hüceyrələr daxili qatdakı hüceyrələrə nisbətən daha çox genişlənir və pulcuqları bağlayırlar. İsti havalarda isə bunun əksi baş verir, yəni pulcuqları açmağa başlayırlar. Qozaların üstündə iki təbəqə mövcuddur. Birinci təbəqə xarici, ikinci təbəqə daxilidir. Bundan başqa, qozalar dişi və erkək olur. Onlar küləklə tozlanırlar. Qısacası, qoza pulcuqlarının açılıb-bağlanması üçün istilik və rütubətdən asılı olaraq fərqli davranan iki müxtəlif quruluşlu təbəqə var.

 

Aydındır ki, ağılı, iradəsi və ya şüuru olmayan bu sistemləri hər an nəzarəti altında saxlayan, hər şeyi incəliyinə qədər planlaşdıran sonsuz güc və ağıl sahibi olan Allahdır. Canlı-cansız hər şey və hər hadisə Allahın hər an yaratması ilə meydana gəlir. Allah bu sirri insanlara bir ayəsində belə bildirir:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”. (Talaq surəsi, 12)

Qozaların aerodinamik quruluşu

Uzunömürlü və hündür ağaclar kimi tanınan qozalı ağacların erkək və dişi qozaları olur. Erkək və dişi qozalar eyni ağacda olduğu kimi, fərqli ağaclarda da olurlar. Qozalarda tozcuqları daşıyan hava axınını özlərinə çəkən xüsusi yaradılmış kanallar var. Tozcuqlar bu kanallar vasitəsi ilə çoxalma yerlərinə rahatlıqla gəlirlər.

Dişi qozalar erkək qozalara nisbətən daha böyükdürlər və tək böyüyürlər. Dişi qozaların mərkəzində xeyli miqdarda yarpağa oxşayan “sporofil” var. Bunlar balıq pulcuğuna oxşayan qabıqlardır. Sporofillərin daxili səthlərində iki ədəd yumurtalıq var. Qozalar tozlanmağa hazır olduqda bu qabıqlar iki tərəfə açılır. Beləcə, erkək qozadan gələn tozcuqların içəri girməsinə şərait yaradılır.

www.Kuranevrimiyalanliyor.com

Bir hissəsinin belə təsadüfən yaranması qeyri-mümkün olduğu halda, bu sistemin bütün hissələrinin eyni anda təsadüflərlə ortaya çıxdığını iddia etmək ağılsızlıqdır. Bu da təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəlmə iddialarını hər mənada əsassız edir. Açıq həqiqətdir ki, qozalar ilk ortaya çıxdıqları andan etibarən əskiksiz şəkildə qüsursuz sistemləri ilə birlikdə Allah tərəfindən yaradılıblar.

Xüsusi köməkçi hissələr tozcuqların qozanın içinə rahatlıqla girməsini təmin edir

Dişi qozaların pulcuqları yapışqan tükcüklərlə örtülmüşdür. Bu tükcüklər vasitəsi ilə tozcuqlar döllənmək üçün rahatlıqla içəri keçirlər. Dişi qozalar dölləndikdən sonra çəyirdəyi olan bərk və dəriyə bənzər quruluşda olurlar. Çəyirdəklər sonra inkişaf edərək yeni bitkiləri meydana gətirirlər. Bundan əlavə, dişi qozaların çox heyrətamiz bir xüsusiyyəti də var. Yumurtalıq qozanın mərkəzinə çox yaxındır. Bu da tozcuğun ora çətinliklə girməsi mənasını verə bilər. Çünki qozanın daxili hissələrinə çatmaq üçün xüsusi yollardan keçməlidir. Bu, ilk baxışda qozaların mayalanmasında maneə kimi görünsə də, aparılan araşdırmalar əksini göstərmişdir.

Qozalardakı xüsusi döllənmə sistemini öyrənmək üçün maket qoza hazırlanaraq təcrübə aparılmışdır. Helium qazı ilə doldurulmuş şarlar hava axınına buraxılaraq müşahidə edilmişdir. Bu şarların hava axınını təqib edərək qozanın içindəki dar dəhlizlərdən çətinlik çəkmədən keçə bildiyi aydın olmuşdur.

Maket təcrübəsində müşahidə edilən şarların hərəkətləri xüsusi şəkil çəkmə texnikası ilə görüntülənmiş və bu görüntülər kompyuterlə analiz edilərək küləyin istiqaməti və sürəti təsbit edilmişdir.

Kompyuterdən əldə olunan nəticələrə görə, qozaların küləyin hərəkətini üç formada dəyişdirdiyi aydın olmuşdur. Əvvəlcə küləyin istiqaməti budaqlar və yarpaqlar vasitəsi ilə mərkəzə doğru dəyişdirilir. Sonra həmin yerdə külək qıvrılaraq yumurtanın yaradıldığı yerə yönəldilir. İkinci hərəkətdə bütün qabıqcıqların üstündən keçən külək burulğan kimi dönərək qozanın daxilinə yönəlir. Üçüncü mərhələdə isə qoza çıxıntıları sayəsində çalxalanır və küləyi aşağıya – qabıqlara tərəf yönəldir.

Havada uçuşan tozcuqlar məhz bu proseslər nəticəsində yerlərinə çox vaxt rahatlıqla çatırlar. Burada diqqət yetirilməli məqam, şübhəsiz ki, bir-birini tamamlayan üç mərhələnin və onların mütləq bir arada olmasının vacibliyidir. Qozaların quruluşunun mükəmməlliyi burada ortaya çıxır.

Təkamül nəzəriyyəsi bütün canlılarda olduğu kimi, bitkilərin də inkişafının zaman içində mərhələlərlə baş verdiyini iddia edir. Təkamülçülərə görə, bitkilərin qüsursuz olmalarının səbəbi təsadüflərdir. Bu iddianın əsassızlığını görmək üçün qozaların çoxalma sisteminin qüsursuz quruluşunu araşdırmaq kifayət edir.

Çoxalma sistemi olmadan bir canlının nəslini davam etdirməsi qeyri-mümkündür. Bu, şam ağacı və qozalarına da aiddir. Yəni qozaların çoxalma sisteminin şam ağaclarının ilk dəfə ortaya çıxması ilə birlikdə mövcud olması zəruridir. Qozaların mükəmməl quruluşunun kortəbii mərhələlərlə meydana gəlməsi qeyri-mümkündür. Çünki küləyi qozaya yönəldən sistemin, sonra bu küləyi kanala yönəldən digər sistemin və  sonda onu yumurtanın olduğu hissəyə çatdıran kanalın hər biri eyni anda və qüsursuzca ortaya çıxmalıdır. Bu üç sistemdən biri əskik olduqda, çoxalma sistemi işləmir. Qaldı ki, qozadakı yumurta hüceyrəsinin və onu dölləyən sperma hüceyrələrinin öz-özünə, təsadüfən əmələ gəlmələrinin imkansızlığı təkamül nəzəriyyəsi üçün çıxılmaz vəziyyətdir.

www.Kurandayaratilis.com

Yer üzündəki bütün canlılar çox həssas tarazlıqlarla və hər incəliyi dəqiq planlanmış sistemlərlə birlikdə yaradılıblar. Bunu istisnasız qarşılaşdığımız hər yerdə görürük. Bütün canlılar bizə onları yaradan Allahı tanıdır. Şübhəsiz ki, burada təriflənməyə layiq olan bütün canlıları sahib olduğu qabiliyyətlərlə yaradan Allahdır. Yer üzündəki hər şey kimi bütün bitkilər də Allahın xüsusi olaraq yaratdığı sistemlər vasitəsi ilə varlıqlarını davam etdirirlər, yəni Onun idarəsindədirlər. Bu həqiqətə ayələrdə belə diqqət çəkilir:

“Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir”. (Həcc surəsi, 64)

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. (Ənam surəsi, 59)

Qoza yeni nəslin parçalarına necə ilham qaynağı oldu?

Elm adamları qozaların quruluşunu təqlid edən vəsaitlər hazırlamaq üçün müxtəlif tədqiqat işləri aparırlar. Bəlkə də yaxın zamanda  ev və iş yerlərində yağış yağdıqda bağlanan, hava isinəndə isə ventilyasiya sistemi işə düşən divarlar inşa ediləcək. Bəlkə tədqiqatçılar çox nazik alüminium oksid folqalarını su əmən jelatinlə örtüb nazik zolaqlar formasında kəsdikdən sonra, eynilə qozalardakı kimi, nəmli mühitdə qıvrılıb quruduqda yenidən əvvəlki halına gələ bilən vəsaitlər istehsal etdilər.

Təbiəti təqlid edən mühəndislər qozadan ilhamlanaraq xüsusi parça ilə yeni növ paltarlar istehsal etmək üçün təcrübələr aparırlar. Bu parça qoza kimi iki qatdan ibarətdir. Parçanın bir tərəfi pambıqdan, digər tərəfi isə nəmi saxlayan hissədən ibarətdir. İstehsal olunan bu paltarlar sayəsində çox tərləmənin qarşısını almaq mümkün olacaq.

Biomimetika təbiətdəki canlıları təqlid edərək yeni texnologiyaların inkişaf etdirilməsi sahəsidir. Şübhəsiz ki, bu, Uca Allahın bizim üçün təmin etdiyi böyük nemət və rahatlıqdır. Rəbbimiz insanlara bəxş etdiyi bu və bunun kimi nemətlər qarşısında bizdən Ona qarşı daima şükür etməyimizi istəyir.

“Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun”. (İnsan surəsi, 3)

/ Bitkilər aləmi 1028