Bitkilər aləmi Qoz ağacı necə aspirin istehsal edir?

Qoz ağacı necə aspirin istehsal edir?


Quraqlıq, isti hava şəraiti və bunun kimi əlverişsiz vəziyyətlərlə qarşılaşan qoz ağacı aspirinə bənzər kimyəvi dərman ifraz edir. Temperatur və ya infeksiyaya qarşı aspirin qəbul edən insanlardan fərqli olaraq bitkilər çətin şəraitin öhdəsindən gəlmək üçün öz daxilində qaz halında biokimyəvi müdafiə mexanizmlərini gücləndirən kimyəvi maddələr (metil salisilat və s.) istehsal edirlər. Bu birləşmələr qozun müdafiə mexanizmlərini gücləndirən zülalların istehsal edilməsini sürətləndirir.

Qoz ağacı kimi bir çox bitki növləri uca Allahın onlar üçün yaratdığı bu sistem sayəsində əlverişsiz şəraitlərə tab gətirir. Bu, Rəbbimizin hər canlını ehtiyaclarına uyğun olaraq yaratdığını göstərir.

Həmçinin aspirinin əsas maddələrindən olan metil salisilat günəş kremlərində, bağırsaqda sorulan həblərin istehsalında, revmatizmin müalicəsində və ağrıkəsici, antiseptik kimi istifadə edilərək insanlara fayda verir. Şübhəsiz ki, bu maddə uca Allahın Şafi (şəfa verən) isminin təzahürüdür.

Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və  yerdə növbənöv gözəl (bitkilər) yetişdirdik. (Loğman surəsi, 10)

 

/ Bitkilər aləmi 4061