Bitkilər aləmi Günəş işığı ilə rəqs edən bitki: desmodium girans

Günəş işığı ilə rəqs edən bitki: desmodium girans


Desmodium girans bitkisi ani hərəkət qabiliyyətinə sahib olan bitki növlərindən biridir. Bitkinin kiçik yarpaqları cüzi toxunuşla, günəş işığı ilə, istilik və ya titrəyişin təsiri ilə öz oxu ətrafında fırlanır və nizamsız hərəkətlər edir. Gecə isə yarpaqlar aşağıya doğru sallanır.

Nizamsız hərəkətləri morze əlifbasına bənzədilən və adını da bu hərəkətlərdən götürən bitki yarpaqların dibində yerləşən motor hüceyrələrin şişib-büzülməsi nəticəsində hərəkət edir. Su molekullarının hərəkəti yarpaqlardakı bu motor hüceyrələrin şişib-büzülməsinə səbəb olur və  dolub boşalan su bitkinin yarpaqlarını hərəkət etdirir.

Dünyadakı hər şey kimi hərəkət edən bitkilər də Allahın xüsusi olaraq yaratdığı sistemlər sayəsində yaşamağa davam edirlər:

Göylərdə və yerdə nə varsa hamısı Onundur. Həqiqətən, Allah heç bir şeyə ehtiyacı olmayandır; şükürə, tərifə layiqdir. (Həcc surəsi, 64)

/ Bitkilər aləmi 877