Bitkilər aləmi Çiçəyin açılmasına səbəb olan zülallar

Çiçəyin açılmasına səbəb olan zülallar


Çiçəkli bitkilər üzərində aparılan son tədqiqatlar nəticəsində bu bitkilərin sanki nə zaman çiçək açacaqlarını bildikləri aşkar edilib.

Halbuki bu mövzu 80 ildir ki, alimlər üçün müəmmalı idi. Bildiyimiz kimi, doğru zamanda çiçək açma bitkilərin çoxalması üçün çox vacibdir. Lakin bitkinin çiçək açması üçün hüceyrə daxilindəki bir sıra molekulyar proseslər, bitkiyə aid olan bioloji saat və günəşdən gələn işıq bir-birinə uyğun olmalıdır.

Vaşinqton Universitetinin tədqiqatçıları latınca adı Arabidopsis olan bitki növü üzərində apardıqları araşdırmalarda çiçəkləmənin genlərlə olan əlaqəsini müəyyən etməyə çalışdılar. Aparılan son tədqiqatlar alimləri kiçik bitkinin yarpaqlarındakı xüsusi zülalın aktiv rol oynadığı nəhəng “təşkilatla” üz-üzə qoydu.

Sanki iş sahəsini, məqsədini, yol xəritəsini, hansı məqsədlə yola çıxdığını, eləcə də hara çatacağını bilən bu zülal hesablama və planlama işləri aparır. Üstəlik biologiya, kimya və riyaziyyat elmləri haqqında da dərin biliyə sahibdir. Yarpaqlardan budağın ucuna çatana qədər hüceyrənin çiçəyə çervilməsinə səbəb olan heç bir reaksiya baş vermir və neytral vəziyyətini qoruyub saxlayır. Lakin lazımi yerə çatdıqda dərhal molekulyar reaksiya baş verir. Sanki harada olduğunu bilmək üçün şüura və yerini müəyyən edən texnoloji vasitələrə sahibdir. Bütün bu siqnallar zülalın aid olduğu hüceyrələrə sanki “çiçəyə çevril” əmrini verir. Bu əmri qəbul edən hüceyrələr tam lazımi yerdə, yəni budağın ucunda çiçəyə çevrilməyə başlayır.

Tədqiqatçılar Arabidopsis üzərində apardıqları araşdırmalar nəticəsində çiçəkləməyə start verən zülala aid aşağıdakı məlumatları əldə etdilər:

Əvvəlcə ilin müəyyən dövründə çiçək açan bitkilərin yarpaqlarında zülal istehsal edilir.
Bu, çiçəkləməni başladan xüsusi zülaldır.
Yarpaqlarda istehsal olunur.
Hasil edildikdən sonra isə budağın ucuna doğru səhayətə başlayır.
Lakin bu səyahət ərzində zülalın aid olduğu hüceyrələrdə heç bir dəyişiklik baş vermir.
Yəni hüceyrələr yarpağa, ya da çiçəyə çevrilmə xüsusiyyətini daşısa da, heç bir dəyişikliyə məruz qalmır.
Lakin budağın uc nöqtəsinə çatdıqda hüceyrənin çiçəyə çevrilməsinə səbəb olan bəzi molekulyar reaksiyalar baş verir və yol boyunca hüceyrəyə göndərilən siqnallar bitkiyə aid olan çiçəyin yaranmasını təmin edir.

İndi isə bu qədər böyük məsuliyyəti öz üzərinə götürənin yalnızca bir zülal olduğunu yenidən düşünək. Hansı ki, adi gözlə görmədiyimiz, yalnız elektron mikroskop altında araşdıra bildiyimiz hüceyrənin daxilində yerləşir. Lakin bu zülal gözü və yol haqqında məlumatı olmadan, çiçəyin, bitkinin, yarpağın nə olduğunu bilmədən, hətta özünün varlığından da xəbəri olmadan bütün bu qarmaqarışıq vəzifələri yerinə yetirir. Bu zülalın nə şüuru, nə də bunları planlayıb hazırlamaq üçün ağlı var. O yalnızca Allahın əmri ilə hərəkət edir, Onun təyin etdiyi və öyrətdiyi yolu izləyir. Bu yoldan başqa yola girmir. Fidanın ucunda çiçəyin açılmasını, budaqda özünəməxsus qoxusu ilə sallanmasını, bütün budaqlardakı çiçəklərin eyni qoxu, rəng və forma ilə bəzənməsini təmin edən Allahdır. Allah ən gözəl şəkildə yaradandır. Allahın səbəblərə ehtiyacı yoxdur. O bütün bu səbəblərdən münəzzəhdir. Elm adamları isə yalnız 21-ci əsrin müasir texnologiyası sayəsində bir çox yenilikləri aşkar edə bilmişlər. Bütün bu elmi tədqiqatlar da Allahın sonsuz ağlını, yaratma gücünü göstərir və elmlə dinin bir-birinin ayrılmaz parçası olduğunu sübut edir.

Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz. (Vaqiə surəsi, 63-65)

 

/ Bitkilər aləmi 221