Bitkilər aləmi Bitkilərin şüurlu əlaqə sistemləri

Bitkilərin şüurlu əlaqə sistemləri


Bitkilər arasındakı əlaqə elmə necə ilham mənbəyi oldu?

Bitkilər səs titrəyişi və işıq vasitəsi ilə necə əlaqə saxlayırlar?

Bitkilərin internet şəbəkəsinə bənzəyən daxili mexanizmləri

Bitkilər uçan kimyəvi maddələri necə istehsal edirlər?

Bitkilər sonsuz güc sahibi Rəbbimizin yaratdığı xüsusi sistemlər vasitəsilə əlaqə yaradırlar. Bu əlaqə sistemi səs titrəşmələri, kabelsiz internet şəbəkəsi, uçan kimyəvi maddələr, yaxud işıqla xəbərləşmə kimi müxtəlif metodlardan ibarətdir.


Bitkilərin Səs titrəşmələri vasitəsilə əlaqəsi

Tədqiqatçılar müşahidələr nəticəsində bitkilərin səs titrəşmələri vasitəsilə əlaqə yaratdıqlarını və ətraf haqqında məlumat topladıqlarını kəşf ediblər. Qərbi Avstraliya Universitetinin tədqiqatçıları bitkilərin inkişafına təsir göstərən amilləri müəyyən etmək üçün qırmızı bibər (Capsicum annum) bitkisi üzərində müşahidə aparıblar. Bitkinin bəzi toxumlarını izolə edərək tək, bəzilərini başqa bir bibər növünün toxumları ilə, bəzilərini isə reyhan (Ocimum basilcum) bitkisinin toxumları ilə birgə əkiblər. Nəticədə yanaşı basdırılan toxumların daha çox və tez cücərdiyini aydın olub. Bitkilərin arasına qara plastik lövhə qoyaraq toz və sürtünmə kimi kimyəvi və fiziki ünsiyyətlərini kəsmələrinə baxmayaraq, toxumlar inkişaf etməyə davam ediblər. Bu da bitkilərin öz aralarında hansısa yolla əlaqə qurduqlarını göstərir. Bitkilər tədqiqatçıların tam anlaya bilmədikləri bir sistemlə əlaqə qururlar və bunu hüceyrələrin içindəki nano mexaniki titrəşmələrdən meydana gələn akustik siqnallarla edirlər.

Bağbanlara bitkilərin bu xüsusiyyətindən istifadə edərək bitki örtüyünü artırmağı nəzərdə tuturlar.

Eyni zamanda toxumlar reyhan, bibər və pomidor kimi əkinlərin yaxınlığında basdırıldıqda ağ milçək və yarpaq biti kimi həşəratlar uzaqlaşırlar. Bu, bir növ müdafiə mexanizmidir. Şübhəsiz ki, bitkilərin hüceyrələrarası əlaqə şəbəkəsi Rəbbimizin bitkilər üzərindəki sonsuz rəhmətinin təkcə bir nümunəsidir.

Bitkilərin əlaqə sistemləri texnologiyada yeni fikrə ilham mənbəyi oldu: partlayıcı maddələri və bombaları hiss edən bitkilər

Amerikalı tədqiqatçılar hesab edirlər ki, belə bitkilər bombaların yerini əvvəlcədən xəbər verə bilərlər. Bu mexanizmin qoxuya həssas itlərdəki mexanizmdən üstün olması təkamülçülərin ibtidaidən aliyə doğru fərziyyələrini çürüdür və Allahın sonsuz ağlının təcəllisi olduğunu göz önünə sərir.

Allah bitkilərdə düşməndən qorunmaq üçün xüsusi sistem yaratmışdır. Bitkinin zülalları müəyyən kimyəvi maddələrlə təmasa keçdikdə rəngini dəyişir. Alimlər canlının bu üstün xüsusiyyətindən aeroport və ya insanların sıx olduğu yerlərdə partlayıcı maddələrin əvvəlcədən müəyyən edilməsində istifadə etməyi nəzərdə tuturlar. Binaların girişində yerləşdirilməsi planlaşdırılan bitkilərin rəng dəyişmə xüsusiyyətindən istifadə edilməsi hər şeyin yaradılışdan ilham aldığını bir daha sübut edir.

Bitki DNT-dəki qəbuledici zülallar düşməninə reaksiya verərkən yarpağın üst pərdəsinin rəngini tündləşdirən terpenoid adlı kimyəvi maddə ifraz edir. Tədqiqatçılar bitkinin  təbii müdafiə mexanizmini istiqamətləndirən kompüter proqramı hazırlamış, bitkinin reseptorlarına hava və sudakı çirkləndiricilər kimi, partlayıcılara da reaksiya verməyi öyrətmişlər. Beləliklə yenidən hazırlanan reseptorlar bitkilərə uyğunlaşdırılmış, havadakı və ya yaxınlıqdakı zərərli maddələri tanıyan hüceyrə divarının partlayıcı maddələri də tanıması təmin edilmişdir. Nəticədə bitki partlayıcı maddə olan yerdə rəngini dəyişərək ağ rəngdə olmuşdur.

Bitkilər arasındakı kabelsiz əlaqə

Radboud Universitetinin tədqiqatçıları isə müəyyən ediblər ki, bitkilər bir-birlərinə heç bir vasitə olmadan da siqnal ötürə bilirlər. Bəzi bitkilər kompüter şəbəkəsinə bənzər şəbəkə yaradır və məlumat mübadiləsi aparırlar. Sarmaşıq, çiyələk, yonca, qamış kimi bir çox bitkidə Allah belə təbii şəbəkə yaratmışdır. Bu bitkilər bir-birləri ilə müəyyən vaxtlarda əlaqə qurur və kanallar vasitəsilə məlumatları paylaşırlar. Bitkilər arasındaki bu əlaqəyə işıq, böcək, quş və külək vasitəçilik edir. Əgər bitkilərdən birinə tırtıl hücum etsə, şəbəkənin digər üzvləri siqnalla xəbərdar edilir.

Bu metoddan istifadə edən qızılağac xəbərdar edildikdə, əl dəyməmiş, sağlam bitkilər yaxınlaşan tırtıllara cəlbedici görünməmək üçün kimyəvi və fiziki müqavimətlərini gücləndirir, acı ətir ifraz edir və küləyin yardımı ilə bunu digər ağaclara çatdırırlar. Allahın yaratdığı bu xəbərdarlıq sistemi sayəsində bitkilər düşmənin zərərindən qorunurlar.

İşıq və istilik vasitəsilə əlaqə

İnsanlar kimi bitkilər də enerjini günəşdən əldə edirlər, işığı və istiliyi yaxşı tanıyırlar. Bitkilər işıqdan təkcə enerji mənbəyi kimi yox, həmçinin cücərmə, tumurcuqlanma və böyümə dövrlərində də faydalanırlar. Bitkilərin siniri olmadığı üçün torpağın altı ilə işıq vasitəsilə əlaqə saxlayırlar. Allah toxumların toxumalarındakı işıq tunellərini bu proses üçün xüsusi yaratmışdır. İşıq tunelləri ən nazik kapilyar köklərə qədər işıq keçirirlər. Uca Rəbbimizin toxum və bitki toxumalarında çox incə hesablarla yaratdığı işıq tunellərinin torpaqdan bitkinin köklərinə qədər yaratdığı əlaqə alimlər üçün ilham mənbəyidir. Alimlər şüşəlifli kabellər vasitəsilə işıq dalğalarını çox uzağa xətasız ötürməyə müvəffəq olublar.


Bitkilər uçan maddələr vasitəsilə əlaqə yaradırlar

Bitkilər ətrafdakı canlılarla qoxu adlandırılan "uçan üzvi birləşmələr" vasitəsilə əlaqə qururlar. Maddələr mübadiləsində minlərlə fərqli üzvi maddə istehsal edirlər. Bu birləşmələr bitkilərin ətrafını bulud kimi örtür. Əslində həmin üzvi birləşmələrin istehsalı bitkilərin olduqca kompleks quruluşa sahib olduqlarını göstərir. Bizim xoş iy kimi tanıdığımız, bəzən isə heç hiss etmədiyimiz bu üzvi maddələr ətrafdakı bəzi canlılar üçün rəhbər rolunu oynayır. Çünki bitki bu maddələri düşmənlərini cəlb etmək və ya yayındırmaq üçün ifraz edir.

İndiyə qədər 1000 müxtəlif birləşmə kəşf olunmuşdur. Böyük ehtimalla çox sayda birləşmə də kəşf edilməyi gözləyir. Tədqiqatlar göstərir ki, bitkilər tərəfindən istehsal edilən  müxtəlif xüsusiyyətli və funksiyalı on minlərlə, hətta yüz minlərlə əsas və ikinci dərəcəli uçan üzvi birləşmələr mövcuddur.

Bitkilər tərəfindən istehsal edilən aromatik maddələrin təsadüfən yaranma ehtimalı yoxdur. Çünki həmin maddələr alimləri  belə heyrətləndirəcək dərəcədə qarışıq proseslər nəticəsində meydana gəlirlər. Bitkilər üzvi kimya laboratoriyası kimi metilasiya, asilasiya, oksidləşmə (reduksiya) kimi kimyəvi prosesləri xüsusi zülallardan istifadə edərək yavaş-yavaş, həssaslıqla gerçəkləşdirirlər. Həmçinin bu mexanizmin içində istehsal edilmiş maddələri toplayan və vaxtı çatdıqda qaz halında havaya ötürən uçan hüceyrələr var. Qısası, gül ətri kimi xoşladığımız qoxuları meydana gətirən maddələrin bir yerə toplanması üçün mükəmməl texniki təşkilat lazımdır.

Bitkilər hücuma məruz qaldıqda ifraz etdikləri uçucu təbii maddələrlə qonşuluqdakı digər bitkiləri xəbərdar edirlər. Əslində bu xəbərdarlıq digər bitkilər tərəfindən hücuma məruz qalan ağacın yaydığı uçan təbii maddələrin gizli şəkildə “dinlənilməsi”dir. Beləliklə hücuma məruz qalmazdan əvvəl müdafiə sistemləri fəaliyyətə keçir.  Bəs bu dinləmə prosesi necə gerçəkləşir?

Hücuma məruz qalan bitkilərin ifraz etdiyi uçucu üzvi birləşmələr  qonşu bitkilər tərəfindən kopyalanır və ardıcıl gələn siqnallar analiz edilərək müdafiə sistemi fəaliyyətə keçir. Burada başqa bir həqiqəti öyrənirik: bitkilər bir-birləri ilə təkcə danışmırlar, eyni zamanda bir-birlərini dinləyirlər. Təcrübələr nəticəsində də məlum olmuşdur ki,  dinləməsi məhdudlaşdırılan bitkilər üçün təhlükə riski daha böyükdür.

Bitkilərin bir-birləri ilə əlaqəsi, özlərini müdafiə edərkən yaydıqları uçan üzvi maddələrin digər bitkilər tərəfindən təhlükə siqnalı kimi qəbul edilməsi, həmin bitkilərin müdafiə sistemlərinin işə düşməsi şüur tələb edən davranışlardır. Bitkinin təkamülçülərin iddia etdikləri kimi, təhlükə anını dərk etməsi və yaddaşına yerləşdirməsi, gövdəsində  müxtəlif dəyişikliklər edərək müdafiə taktikası uydurması mümkün deyil, bu fərziyyə ağıla və məntiqə qətiyyən sığmır. Bu canlılar əlaqə xüsusiyyətləri ilə birgə yaradılıblar. Bu onlara Allah tərəfindən verilən xüsusi müdafiə sistemidir. Hər şeyi ən incə detalına qədər mükəmməl yaradan uca Allah dünyadaki bütün bitkilərdə yaşadıqları mühitdə uyğun xüsusiyyətlər yaradıb. Rəbbimiz Quranın bir ayəsində belə bildirir:

“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə Surəsi, 5)

Bitkilər uçan üzvi birləşmələr yolu ilə böcəklərlə də ünsiyyət qururlar. Ünsiyyət zamanı iki dildən istifadə edirlər. Bunlardan biri qorxuducu dildir. Bu dil bitkilərin yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün bəzən zərərli kimyəvi maddələr, bəzən də bu böcəklərlə qidalanan digər böcəkləri cəlb edən kimyəvi qoxular formasında meydana çıxır. Şübhəsiz, hər iki üsul çox təəccübləndiricidir. Hazırda əkinçilik sahəsində bu gizli “dili” tətbiq etməyə çalışırlar. Almaniyadakı Maks Plank Kimyəvi Ekologiya İnstitutunda “bitki müdafiəsi genetikası” sahəsində fəaliyyət göstərən Conatan Qerşenzon bu strategiyanın doğru təqlid edilməsi nəticəsində gələcəkdə kənd təsərrüfatı sahəsində dərmanlamanın zərərsiz olacağını düşünür.

Bitkilər bir-birləri ilə səssiz ünsiyyət qururlar. Halbuki öz varlıqlarından və həyata keçirdikləri möcüzəvi proseslərdən xəbərləri yoxdur. Çünki bitkilər də kainatdakı hər şey kimi onları yaratmış və hər an yaratmağa davam edən uca Allahın idarəsindədir. Rəbbimiz Quranda bitkilərin Özünə boyun əydiyini bizlərə belə bildirir:

 “Otlar da, ağaclar da səcdə edir..” (Rəhman Surəsi, 6)
 

Bitkilərin böcəklərlə dostyana əlaqəsi

Çoxalma prosesində bitkilər çox həssas və dostyana dildən istifadə edirlər. Uçan birləşmələr böcəklərə (çiçəkdən çiçəyə tozcuqları daşıyan böcəklər) dəvət edən siqnal verirlər. Xüsusilə gecə çiçək açan bitkilər üçün qoxu rəngindən və ya formasından daha təsirli olur. Qoxunu hiss edən böcək bu qoxunun mənbəyində nektar olduğunu  bilir.

Qarşılıqlı həyata keçən bu rabitə vasitəsilə böcək qoxunun mənbəyinə tərəf yönəlir. Çiçəyə çatdıqda nektarı toplamaqla məşğul olur və tozcuqlar üzərinə yapışır. Bu böcək qonduğu başqa çiçəyə daha əvvəl üzərinə yapışan tozcuqları buraxır  və bununla bitki çoxalır. Böcək bu prosesləri şüurlu şəkildə etmir. O ancaq qoxusunu hiss etdiyi nektarı axtarır. Bitkinin isə belə planlar qurmasının, bunu reallaşdırmaq üçün böcəkləri cəzb edən qoxu ifraz etməsinin təsadüflərlə baş verməsi mümkün deyil. Çünki böcək də, bitki də Rəbbimizin onlara ilham etdiyi kimi hərəkət edirlər.

Təkamülçülər iddia edir ki, bütün bitkilər bir növ bitkidən əmələ gəlib, heyvanlar və insanlar üçün uydurduqları təkamül yalanını bitkilərə də aid edirlər. Şübhəsiz ki,  digər mövzularda olduğu kimi, bu mövzuda  da təkamülçülərin heç bir dəlilləri yoxdur. Təkcə ünsiyyət metodları bitkilərin üstün Ağlın əsəri olduğuna sübutdur. Uca Allah bitkilərin hər birini xüsusi müdafiə sistemi, müxtəlif dad, qoxu, rəng və faydalı xüsusiyyətlərlə yaratmışdır:

“Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.” (Nəhl Surəsi, 13)

/ Bitkilər aləmi 918