Bitkilər aləmi Bitkilərin internet şəbəkəsi

Bitkilərin internet şəbəkəsi


Bitkilər internet şəbəkəsinə bənzər sistemlə bir-birləri ilə necə əlaqə qururlar?

Yaşamaq üçün bu internet şəbəkəsi onlara necə faydalı olur?

Bitkilərin internet şəbəkəsindəki hakerlər necə fəaliyyət göstərir?

Göbələklərin gövdələrinin böyük qismi mitseli adlanan incə liflərdən ibarətdir. Bu liflər yerin altında fərqli bitkilərin köklərini bir-birinə bağlayaraq bir növ internet şəbəkəsi yaradırlar. Çox güman ki, bağçanızdakı ağac bu şəbəkədən artıq istifadə edərək bir neçə metr kənardakı kolluqla əlaqə qurubdur.

Bitkilər bu şəbəkəyə girərək qida və məlumat mübadiləsi edərək qonşularına kömək edirlər. Bəzən də zəhərli kimyəvi maddələr yayaraq istəmədikləri bitkiləri özlərindən uzaq tuta bilirlər. Elm adamları kəşf etdikləri bu sistemə “wood wide web”, yəni “geniş taxta şəbəkəsi” adını veriblər. Bu göbələk şəbəkələr sayəsində bitkilər arasındakı ünsiyyət daha sürətli və effektiv olur.

Quruda bitən bitkilərin təxminən 90% -i göbələklərlə qarşılıqlı əlaqə yaradırlar. Alman bioloqlar bu əlaqəyə “mikoriza” adını veriblər. Bu əlaqə zamanı bitkilər göbələkləri karbohidrat ilə təmin edirlər. Göbələklər də bunun əvəzində bitkilərin torpaqdakı suyu əmməsinə kömək edir və onlara mitselilər vasitəsilə fosfor və azot kimi qidaları təqdim edirlər. Bundan əlavə, bitkilərin böyümələrinə də kömək edirlər. Ancaq göbələklərlə bitkilər arasındakı əlaqə bununla bitmir. Göbələk şəbəkələri ətraflarındakı bitkilərin müdafiə sistemini də gücləndirirlər. Çünki bu şəbəkə bitkinin kökünü də əhatə edəndə bitkinin müdafiə sistemindıki kimyəvi maddələrini hərəkətə keçirir, bu sayədə müdafiə sisteminin reaksiyaları daha sürətli və təsirli olur. Başqa sözlə, bu şəbəkələrə qoşulmaq bitkiləri xəstəliklərə qarşı daha dözümlü edir. Bu mövzuda araşdırma aparan tədqiqatçılardan Britaniya Kolumbiyası Universitetindən Syuzan Simard böyük ağacların göbələk şəbəkəsindən istifadə edərək gənc ağaclara kömək etdiyini və bu yardım sayəsində bir çox gənc fidanın həyatda qaldığını ifadə edir. 1997-ci ildə aparılan bir araşdırma nəticəsində müəyyən olmuşdur ki, kölgədəki fidanlar digər fidanlara görə donor ağaclardan daha çox karbon alır. Bu kəşf Darvinin “güclü olanın həyatda qaldığı və fərdlərin bu məqsədlə daim rəqabət apardığı” tezisini bir daha təkzib edir.

www.bitkilerevrimicurutuyor.imanisiteler.com

Pomidorlar və göbələklər arasındakı əlaqə

2010-cu ildə Quançjoudakı Cənubi Çin Kənd Təsərrüfatı Universitetindən Ren Sen Zeng bitkilərə zərərli göbələklər yapışdıqda onların mitselilər vasitəsilə qonşularını xəbərdar edərək kimyəvi siqnallar göndərdiklərini müəyyən etmişdir.

Ren Sen Zengin iş yoldaşları dibçəkdə pomidor əkmiş və bu bitkilərin bəzilərinə mikoriza yaratmalarına şərait yaratmışdı. Bu göbələk şəbəkələri meydana gəldikdən sonra bitkilərdən birinə xəstəliyə səbəb olan göbələk (alternaria solani) sprey şəklində vurulmuşdu. Bitkilər arasında torpaq üstündən kimyəvi xəbərləşmənin qarşısını almaq üçün hava keçirməyən plastik torbalardan istifadə edilmişdi. 65 saat sonra Zeng ikinci bitkiyə də eyni şəkildə xəstəlik yaradan sprey vurmağa çalışmışdı. Lakin arada mitseli olduğundan ikinci bitkidə xəstəliyin çox az görüldüyü və ziyanın daha az olduğu təsbit edilmişdi. Bu təcürbə pomidor bitkilərinin bir-birlərindən müdafiə taktikalarını öyrəndiklərini və potensial patogenlərə qarşı müqavimətlərini gücləndirdiklərini ortaya çıxarmışdır. Beləliklə, bitkilər bu şəbəkə sayəsində yalnız qidalarını bölüşdürməmiş, eyni zamanda müdafiə taktikalarını da paylaşmışdılar.

Göbələklər və lobyalar arasında əlaqə

2013-cü ildə Aberdin Universitetindən Devid Conson (David Johnson) lobyaların da yaxınlıqdakı təhlükələrə qarşı tədbir almaq üçün göbələk şəbəsindən faydalandığını ortaya çıxarmışdır. Buna görə də lobyalar özləri yarpaq biti hücumuna məruz qalmasalar da, hücuma uğramış lobyalarla göbələk şəbəkəsi vasitəsilə əlaqə qurubsa, anti-yarpaq biti kimyəvi maddələrini aktivləşdirirlər. Mitselisi olmayanlar isə belə etmirlər.

Bitkilərin bu internet şəbəkəsi vasitəsilə ünsiyyət qurmaları Allah tərəfindən xüsusi olaraq yaradılmış müdafiə sistemidir. Hər şeyi ən incə təfərrüatına qədər nizamlayan Rəbbimiz yer üzündəki bütün bitkilərin üçün lazımlı hər cür ehtiyaclarını yaradıb. Allah hər şeyin hakimidir. Bütün kainatda baş verən hər şeydən xəbərdardır. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

“O, göydən yerə qədər olan bütün işləri idarə edir…” (Səcdə surəsi, 5)

İnternetə müdaxilə edən bitkilər

İnsanların internet şəbəkəsində olduğu kimi göbələklərin şəbəkəsində də müdaxilə etmək kimi qaranlıq tərəflər var. Bəzi bitkilər bu internet şəbəkəsindən istifadə edərək bir-birlərindən gizli məlumat alırlar. Məsələn, epipogium aphyllum bitkisi ehtiyac duyduğu karbonu bu şəbəkə vasitəsilə yaxınlıqdakı ağaclardan alır. Akasiyalar, Amerika sikamor və müxtəlif evkalipt növləri yaxınlıqlarda bitkilərin inkişafına mane törədən maddələr ifraz edirlər.

Bu bitkilərin internet şəbəkəsindən istifadə edərək bir-birlərindən gizli məlumat almaları zəka tələb edən davranışdır. Bunu bacarmaq üçün bitki sanki zəka nümayişi etdirərək internet şəbəkəsində bitkilərin göndərdiyi şifrələri deşifr etməlidir. Bundan sonra bu şifrələri birləşdirib daxilində müxtəlif dəyişikliklər yaradaraq müdafiə taktikasını gücləndirməlidir. Əlbəttə ki, bu saydıqlarımızın heç biri bitkinin bacardığı, ya da müxtəlif təsadüflər nəticəsində ortaya çıxmış xüsusiyyətlər deyil.Aydındır ki, bu bitkilər sahib olduqları xüsusiyyətlərlə birlikdə “yaradılmış”dır. Bu ona Allah tərəfindən xüsusi olaraq verilmiş müdafiə sistemidir.

www.mucizezinciri.imanisiteler.com

Bitkilər bir-birləri ilə internet şəbəkəsi vasitəsilə ünsiyyət qururlar. Halbuki bitkilər öz varlıqlarından da, həyata keçirdikləri möcüzəvi fəaliyyətlərindən də xəbərləri yoxdur. Çünki bitkilər də kainatdakı hər şey kimi onları yaradan və hər an yaratmağa davam edən Uca Allahın idarəsindədirlər. Rəbbimiz Quranda bitkilərin Ona boyun əydiyini bizlərə belə bildirir:

“Otlar da, ağaclar da səcdə edir”. (Rahmən surəsi, 6)

Bitkilərdəki müdafiə sistemləri Allahın möcüzəsidir

Bitkilərdə gördüyümüz müdafiə üsulları həm üstün ağıl, həm də hərtərəfli texniki bilik tələb edir. Amma bitkilərin həm fizioloji, həm də şüur cəhətdən bu cür xüsusiyyətlərə sahib olmaları qeyri-mümkündür. Bütün bitkilərdə bu xüsusiyyətləri yaradan və ehtiyac olduğunda təzahür etdirən Uca Rəbbimiz Allahdır. Allah bütün canlılar kimi bitkiləri də sonsuz ağlının və elminin təzahürləri olan bir-birindən mükəmməl sistem və qabiliyyətlərlə yaradıb. Canlı-cansız hər şeyin yaradıcısı olan Rəbbimiz bitkilərdə təzahür etdirdiyi bu möcüzəvi hadisələrlə varlığının və gücünün dəlillərindən birini bir daha biz qullarına göstərir. Ayədə belə buyurulur:

“Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar”. (Loğman surəsi, 10-11)

 

/ Bitkilər aləmi 1160