Bitkilər aləmi 240 milyon illik tozcuq fosili tapılıb

240 milyon illik tozcuq fosili tapılıb


İsveçrənin şimalında yerləşən Sürix Universitetinin Paleontologiya İnstitutu və Muzeyinin tədqiqatçılarının Vayax və Loigern ərazisində apardıqları qazıntı işləri nəticəsində çiçəkli bitkilərə aid fosilləşmiş tozcuq dənəcikləri aşkar olundu. 240 milyon illik tozcuq dənəcikləri çiçəkli bitkilərin milyonlarla il əvvəl də qüsursuz şəkildə mövcud olduğunu sübut edir.

Sürix Universitetinin professoru Piter Xoçuli (Piter Hochuli) "trias dövrünə aid çiçəkli bitki tozlarının tapılması çox mühümdür" deyə açıqlama verib.

Konfokal lazer mikroskopu ilə aparılan araşdırmalarda altı fərqli tozcuq növünün üçölçülü görüntüləri yaradılıb. Tozcuqların quruluşu göstərib ki, çiçəkli bitkiləri həşəratlar tozlandırıb.

Təkamülçülər canlıların sadədən mürəkkəbə doğru təkamül keçirdiklərini iddia edirlər. Halbuki milyonlarla il əvvəl yaşamış bitkilərdə də qüsursuz və mürəkkəb sistemlər olub. Bu sistemlər canlıların təsadüfən deyil, üstün ağıl tərəfindən yaradıldığını sübut edir. 240 milyon illik tozcuq fosili də bitkilərdə qüsursuz yaradılışın ən mühüm nümunələrindən biridir. Allah çiçəkli bitkilərdə tozlanma yolu ilə çoxalmasını təmin edir. Belə sistemin kor təsadüflərlə əmələ gəldiyini iddia etmək elmə ziddir. Yetişmiş tozcuğun erkəkcikdən dişiciyin ağzına düşməsinə tozlanma deyilir. Ağızcığa yapışan tozcuqlar dişicik borusundan yumurtalığa endikdə mayallanma baş verir. Tozcuqlar həşəratlar, külək və su vasitəsilə dişicik borusuna aparılır. Allahın bitkilərin çoxalması üçün yaratdığı bu mükəmməl proses 240 milyon il əvvəl də mövcud olmuşdur. Bu da təkamülçülərin iddiaları bir daha təkzib edir. Milyonlarla il əvvəl yaşamış bitkiləri, bitkiləri tozlandıran böcəkləri də ağıl və gücün tək sahibi Allah yaratmışdır.

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

/ Bitkilər aləmi 910